İnfarkt və insultun əsas səbəbi! – Gizli inkişaf edən təhlükəli xəstəlikdən necə qorunmalı?

1 256 13-10-2018, 13:13 maraqli

İnfarkt və insultun əsas səbəbi! – Gizli inkişaf edən təhlükəli xəstəlikdən necə qorunmalı?Son zamanların ən təhlükəli və geniş yayılmış xəstəliklərindən biri aterosklerozdur.

Medicina.az xəbər verir ki, xroniki damar xəstəliyi olan ateroskleroz bütün dünyada infarkt və insult nəticəsində ölümün əsas səbəbidir.
Ateroskleroz zamanı damarlar iltihablaşır, daxilində piyə oxşar maddələr (xolesterin, lipidlər) yığılmağa başlayır. Nəticədə damar daralır, tıxanır. Belə damar asanlıqla partlaya və ya tam qapana bilər. Bu isə insult və ya infarkta səbəb ola bilər.

Bu xəstəliyin geniş yayılması və adətən müalicə edilməməsinin səbəbi gizli və simptomsuz inkişaf eməsidir. Bu xüsusiyyət xəstəliyi vaxtında aşkar etməyə mane olur.

Qidalanma aterosklerozun profilaktikasında böyük rol oynayır. Bəzi məhsulların qidalanmada daim olması aterosklerozun inkişafını ləngidir. Aterosklerozun qarşısını almaq üçün tez-tez müxtəlif sıyıqları (düyü, arpa, yulaf, darı, qarabaşaq, buğda, kinoa) yeməyi tövsiyə edilir. Sıyıqlar liflərlə zəngindir. Bu liflər orqanizmdən artıq xolesterini çıxartmağa yardım edir.

Bundan əlavə göyərti, qarpız və çuğundur da aterosklerozun riskini azaldır. Orqanizmdə azot oksidinin sintezinin azalması aterosklerozun inkişafını sürətləndirir.
Ateroskleroz sağlam damarlarda deyil, iltihablaşmış damarlarda inkişaf edir. Zeytun yağı və qoz-fındıq bu iltihabın qarşısını almağa kömək edir.

XƏBƏR LENTİ