Xaşuqci konsulluğun bağçasında basdırılıb? –Türk polisi axtarış aparmaq istədi, konsul "yox" dedi

757 14-10-2018, 19:43 dunya

Xaşuqci konsulluğun bağçasında basdırılıb? –Türk polisi axtarış aparmaq istədi, konsul "yox" dediOktyabrın 2-də Səudiyyə Ərəbistanın İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra müəmmalı şəkildə yoxa çıxan jurnalist Camal Xaşuqci ilə bağlı ziddiyyətli xəbərlər gündəmdən düşmür.

Jurnalistin sağ və ya ölü olduğunu dəqiqləşdirmək üçün bu gün Türkiyə polisi konsulluqda axtarış aparmaq istəyib.

Türkiyə mətbuatı xəbər verir ki, Xaşuqciyə aid barmaq izlərini götürmək üçün Baş konsul Məhəmməd əl-Katibiyə müraciət edilib. Lakin konsul buna icazə verməyib:

“Türkiyə polisi bununla yanaşı, konsulluğun ailələrinin yaşadığı rəsmi yaşayış kompleksində də axtarış aparmaq istəyib. Türk polisi güman edir ki, konsulluqdan 300 metr məsafədə yerləşən və konsulluğa aid bu ərazidə, yəni yaşayış kompleksinin bağçasında Xşuqci öldürüldükdən sonra gizli dəfn edilə bilər. Lakin konsul Məhəmməd əl-Katibi bu ərazidə də axtarış aparılmasına müsbət cavab verməyib”.

Türk mətbuatının iddiasına görə, Xaşuqci ilə bağlı xəbər yayılandan sonra evindən bayıra çıxmayan Baş konsulun yaxın günlərdə Türkiyədən qovulması da gündəmdədir./Strateq.az/

XƏBƏR LENTİ