Akşener MHP sədrinə qarşı iddia qaldırdı –Cinayətə təhriketmə, təhdid...

722 15-10-2018, 16:32 dunya

Akşener MHP sədrinə qarşı iddia qaldırdı –Cinayətə təhriketmə, təhdid...İYİ Partiyanın lideri Meral Akşener MHP sədri Dövlət Baxçalıdan rəsmi şikayət edib.

Xeberdar.net Türkiyə mətbuatına istinadən bildirir ki, Akşener vəkili vasitəsi ilə MHP sədrinə qarşı məhkəmədə iddia qaldırıb:

“O, Dövlət Baxçalının Cinayət Məcəlləsinin 106, 125, 214, 216, 218-ci maddələrinə əsasən, təhdid, təhqir, cinayət işləməyə təhriketmə və aşağılama ittihamları ilə cəzalandırılmasını tələb edib”.

Hələlik Akşenerin iddiasına MHP düşərgəsindən reaksiya verilməyib.

XƏBƏR LENTİ