“ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”

653 17-10-2018, 16:56 dunya

Vahid Əhmədov: “Bu, Ermənistan iqtisadiyaytını daha da ağır vəziyyətə salar”
“ABŞ Ermənistana sanksiya tətbiq edərsə...”
ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent erməni şirkətlərini İrana ticarətə son qoymağa çağırıb. Amerikalı yetkilinin sözlərinə görə, İranla ticarət edən erməni şirkətləri ABŞ-ın sanksiyaları ilə üzləşə bilər.

Erməni şirkətlərinin İranla ticarətdən imtina etməsi və ya Amerikanın snaksiyalarına məruz qalması Ermənistan iqtisadiyyatının onsuz da ağır olan durumunu daha da ağırlaşdıra bilərmi?

Moderator.az-a açıqlama verən millət vəkili Vahid Əhmədov bu cür sanksiyaların Ermənistan üçün yeni problemlər yarada biləcəyini vurğuladı:

“İranla bağlı sanksiyalar tədricən daha da sərtləşdirilir. İranla iqtisadi-ticari əlaqələr quran dövlətlər də müəyyən problemlər yaşaya bilər. Ermənistanda onsuz da iqtisadi baxımdan ciddi irəliləyiş yoxdur. Orada vəziyyət həddindən artıq gərgindir. Lakin bununla belə Ermənistanın İranla ticari və iqtisadi əlaqələri var. İrandan Ermənistana qazın ixracı məsələsi də gündəmdədir. Bütün bunlar isə təbii ki, ABŞ tərəfindən diqqətdə saxlanılan məsələlərdir.

İran-Ermənistan iqtisdi əməkdaşlığının dərinliyi Amerika tərəfindən üzə çıxarılarsa, o zaman təbii ki, Ermənistana müəyyən sanksiyalar tətiq edilə bilər. Bu sanksiyalar nəticəsində Ermənistanın onsuz da ağır olan iqtisadi vəziyyəti daha da ağırlaşa bilər”.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ