Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyib

655 17-10-2018, 17:30 cemiyyet

Mehman Hüseynovun apellyasiya şikayəti təmin edilməyibBu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılmaması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, M.Hüseynovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir.

XƏBƏR LENTİ