İcra nümayəndəsi və bələdiyyə sədri qəzaya düşdü –Yaralılar xəstəxanaya yerləşdirilib

İcra nümayəndəsi və bələdiyyə sədri qəzaya düşdü –Yaralılar xəstəxanaya yerləşdirilibBalakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində Bqeydə alınıb. Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi “Mercedes” markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü Ş.Xasməmmədov və avtomobildə olan sərnişin Elnur Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanada “Report”un yerli bürosuna bildirilib ki, E.Məmmədovun xəsarəti yüngül olduğundan ona həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib və evə buraxılıb. Avtomobilin sürcüsü Ş.Xasməmmədovun vəziyyəti isə orta-ağır olaraq qalır.

Qeyd edək ki, Şamil Xasməmmədov Zaqatala rayonunun Bəhmətli kənd icra nümayəndəsi, Elnur Məmmədov isə həmin kəndin bələdiyyə sədridir.

Faktla bağlı araşdırma aparılır.

İcra nümayəndəsi və bələdiyyə sədri qəzaya düşdü –Yaralılar xəstəxanaya yerləşdirilib

  • 19-10-2018, 12:43
  • 247


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI