Arxeoloqlar 1000 il əvvəl torpağa basdırılmış vikinq gəmisi tapıblar –FOTO

1 079 19-10-2018, 13:12 maraqli

Arxeoloqlar 1000 il əvvəl torpağa basdırılmış vikinq gəmisi tapıblar –FOTONorveçdə tədqiqatlar aparan avstriyalı və norveçli arxeoloqlar bütöv vikinq gəmisi aşkarlayıblar.

AZƏRTAC Avstriyanın Lüdviq Boltzmann İnstitutunun yaydığı məlumata istinadla xəbər verir ki, sensasiyalı tapıntının dənizdə və ya vaxtilə dəniz olmuş ərazidə deyil, məhz dənizdən uzaq yerdə aşkarlanması gəminin dəfn edilərək məzara yerləşdirildiyi ehtimalını doğurur. İndiyədək cəmi üç ədəd vikinq gəmisinin bütöv şəkildə tapıldığını və bunların da ən azı 100 il əvvələ təsadüf etdiyini nəzərə alaraq, arxeoloqlar yeni tapıntının elmə maraqlı töhfələr verəcəyinə inanırlar.

Norveçin Östfold regionunda Yelle qəsəbəsi yaxınlığında aparılan tədqiqatlarda alimlər radarların köməyi ilə doqquz məzar təpəciyinin izlərini tapıblar. Onlardan birində torpağın üst səthinə yaxın yerləşən gəminin uzunluğu 20 metrdir və eramızın 8-9-cu əsrlərinə aid olduğu güman edilir. Alimlər maqnit və elektromaqnit prospeksiyanın köməyi ilə əlavə yoxlanışlar apararaq, müasir texnoloji imkanlardan istifadə etməklə gəminin mümkün qədər zərər dəymədən konservasiya olunması işlərinə başlayıblar.

Bu böyüklükdə gəminin məzara yerləşdirilməsi dəfn edilmiş şəxsin icma başçısı və ya olduqca nüfuzlu bir vikinq olduğunu təsdiqləyir. Çünki sadə vikinqlər ya kiçik qayıqlarda, ya da qayıq formalı daş məzarlarda dəfn edilirdilər.

Məlumatda bildirilir ki, alimlər məzardakı gəmidə məişət və zinət əşyaları, qida və bitki qalıqlarının da elmi araşdırmalar üçün faydalı olacağına əmindirlər.

XƏBƏR LENTİ