Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentləri bir araya gələcək –İstanbulda

846 19-10-2018, 15:50 dunya

Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentləri bir araya gələcək –İstanbuldaOktyabrın 27-də İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya prezidentlərinin Suriya böhranı üzrə sammiti keçiriləcək.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 27-də İstanbul şəhərində Rusiya lideri Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Suriya böhranını müzakirə etmək üçün sammit keçirəcək”, – deyə o bildirib.

İbrahim Kalının sözlərinə görə, sammitdə böhranın nizamlanması, İdlib sazişinin reallaşdırılması və bölgədəki siyasi proseslərin müzakirəsi ilə yanaşı, Suriya münaqişəsinin digər aspektləri üzrə tərəflərin birgə fəaliyyətinin razılaşdırılması planlaşdırılır. Ortaq səylər münaqişənin uzunmüddətli həlli variantlarının axtarışına yönəlməlidir.

Qeyd edək ki, sentyabrın ortalarında dördtərəfli sammitə hazırlıq məqsədilə İstanbulda Türkiyə, Almaniya, Fransa və Rusiya liderlərinin beynəlxalq məsələlər üzrə köməkçilərinin görüşü keçirilmişdi.

Xeberdar.net

XƏBƏR LENTİ