SƏUDİYYƏ QƏTLİ ETİRAF ETDİ! – 18 nəfər saxlanılıb, meyitin harada olduğu məlum deyil

716 20-10-2018, 09:49 dunya

SƏUDİYYƏ QƏTLİ ETİRAF ETDİ! – 18 nəfər saxlanılıb, meyitin harada olduğu məlum deyilSəudiyyə Ərəbistanı hökuməti yerli jurnalist Camal Qaşıqçının Krallığın İstanbuldakı Baş konsulluğunda münaqişə nəticəsində öldüyünü təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş prokurorunun dövlət televiziyası ilə yayımlanan bəyanatına istinadən “Reuters” məlumat yayıb.

Həmçinin bildirilir ki, Qaşıqçının qətlə yetirilməsi ilə bağlı iş üzrə Səudiyyə Ərəbistanının 18 təbəəsi saxlanılıb.

Lakin Camal Qaşıqçının meyitinin hazırda harada olduğu məlum deyil.

Bu barədə şənbə günü istintaqın gedişatı ilə tanış olan mənbəyə istinadən “Reuters” məlumat yayıb.

Agentliyin məlumatına görə, konsulluğun sürücüsü jurnalistin meyitinin “yerli əməkdaş”a təhvil verilməsi prosesində iştirak edib.

“Reuters”in həmsöhbəti bildirib ki, Səudiyyə Ərəbistanı hakimiyyəti mərhum jurnalistin qətlə yetirilməsi və ya oğurlanması barədə göstəriş verməyib.

Onun sözlərinə görə, Qaşıqçı ilə bağlı ilkin təlimatlar yanlış izah edilib, əlavə tapşırıqlar isə “daha çox qeyri-müəyyən olub” ki, bu da sonda onun ölümünə və cinayətin gizlədilməsinə gətirib çıxarıb.

Mənbənin məlumatına görə, Krallıqda rejim tənqidçilərinin Səudiyyə Ərəbistanına gətirilməsi ilə bağlı təlimat var, lakin vəliəhd şahzadə Məhəmməd ibn Salman “bu konkret əməliyyatdan xəbərsiz olub”.

XƏBƏR LENTİ