Corc Sorosa evində sui-qəsd cəhdi - Poçt qutusuna...

572 23-10-2018, 10:43 dunya

Corc Sorosa evində sui-qəsd cəhdi - Poçt qutusuna...Amerikalı milyarder Corc Sorosu öldürməyə cəhd ediblər.

Naməlum şəxslər Sorosun poçt qutusuna partlayıcı qurğu yerləşdiriblər. Yerli polisin məlumatına görə, bombanı milyarderin Bedforddakı iqamətgahında çalışan işçisi tapıb. O, qurğu olan paketi kimsəsiz yerə aparıb və polisə məlumat verib. Hadisə yerinə gələn mütəxəssislər qurğunu zərərsizləşdiriblər.

Hazırda Sorosun evində qalmadığı bildirilir.

Daha əvvəl Macarıstan hakimiyyəti Corc Sorosun fondunu ölkənin daxili siyasətinə qarışmaqda şübhəli bilərək ofisini Budapeştdən çıxarmışdı.(Qafqazinfo)

XƏBƏR LENTİ