İkinci Qarabağ mitinqinin vaxtı dəqiqləşdi - Prezidentlə görüş təşəbbüsü

640 24-10-2018, 16:41 cemiyyet

İkinci Qarabağ mitinqinin vaxtı dəqiqləşdi - Prezidentlə görüş təşəbbüsüİkinci Qarabağ mitinqinin keçiriləcəyi tarix müəyyənləşib.

Xeberdar.net məlumat verir ki, bu barədə mitinqin Təşkilat Komitəsinin üzvü, sabiq baş nazir Pənah Hüseyn məlumat verib. Bildirib ki, qərar bugünkü iclasda verilib.

"İclasda 24 noyabr tarixində Bakı şəhərində II Qarabağ mitinqinin keçirilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq müraciəti qəbul olundu.

-Qarabağ Komitəsi nümayəndə heyətinin Prezident İlham Əliyevə Qarabağ ətrafında yaranmış vəziyyətlə əlaqədar təkliflərlə bağlı görüş üçün müraciət etməsi məqsədəuyğun sayıldı.

-ATƏT-in Minsk qrupu həmsədrlərinin səfirlikləri qarşısında piketlər keçirilməsi qərara alındı.

-Milli Dirçəliş gününün 30 illiyi ilə bağlı Qarabağ Komitəsinin Dəyirmi Masa keçirməsi qərara alındı.

-Qarabağ Komitəsinin təşəbbüs qrupu, dayaq dəstələri və dəstək qrupları haqqında təlimat qəbul olundu”, - deyə o, qeyd edib.

XƏBƏR LENTİ