Polisin saxladığı avtomobildən 1,1 kiloqram heroin aşkarlanıb

653 26-10-2018, 11:44 kriminal

Polisin saxladığı avtomobildən 1,1 kiloqram heroin aşkarlanıbSumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini İsmət Babayevin idarə etdiyi “Toyota” markalı avtomobil şəhər ərazisində nəzarət qaydasında saxlanılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, səxsi axtarış zamanı sərnişin, Masallı rayon sakini İltimas Əliyevin üzərindən çəkisi 1 kiloqram 100 qram narkotik vasitə olan heroin aşkar eilərək götürülüb.

Araşdırmalar zamanı İ.Əliyevin həmin narkotiki Masallı rayonu ərazisində tanımadığı İran vətəndaşından aldığı və İ.Babayevlə birgə satmaq məqsədilə Sumqayıt şəhərinə gəldikləri müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ