“İnsanları xərçəngdən sığortalayan dərmanın yaranması heç üfüqdə də görünmür”

1 022 26-10-2018, 16:09 maraqli

Mahmud İsmayılov: “Əgər belə bri dərman olsaydı, onu qızıldan baha qiymətə satardılar”
“İnsanları xərçəngdən sığortalayan dərmanın yaranması heç üfüqdə də görünmür”

Son vaxtlar bəzi televiziya kanallarında xərçəng əleyhinə müəyyən pereparatlar reklam edilir. Hansı ki, bu pereparatları qəbul edən şəxslərin xərçəngdən tam sığortalandığı, onların bu sağalmaz xəstəliyə tutulmaq riskinin birmənalı olaraq ortadan qalxdığı iddia olunur.

İnsanları xərçəng riskindən sığortalayan hansısa pereparat mövcuddurmu? Doğrudanmı hansısa dərmanı müəyyən zaman kəsimində və ya mütəmadi surətdə qəbul etməklə xərçəngdən “həmişəlik” sığortalanmaq mümkündür?

Moderator.az-a açıqlama verən tibb elmləri namizədi Mahmud İsmayılov belə bir pereparatın mövcud olmadığını vurğuladı:

“Bu günə qədər elə bir preparat olmayıb ki, onu içərək xərçəngdən sığortalanmaq mümkün olsun. İnanın ki, yaxın 100 ildə də belə bir dərmanın olacağı inandırıcı deyil. Belə bir pereparatın yaranması heç üfüqdə də görünmür. Əgər belə bir dərman oslaydı, onu qızıl qiymətinə satardılar. Bu, İsgəndərin dirilik suyu axtarmasına bənzəyir.

Müəyyən qrup qidalar var ki, bu qidaları qəbul edən insanlarda xərçəngə tutulmaq riski nisbətən az olur. Amma burada da tam sığortalanmaq söhbəti yoxdur. Bu qəbildən olan qidalardan biri sarımsaqdır. Tibb işçiləri öz aralarında sarımsağı “xəstəliklərin düşməni” adlandırırlar. Pomidor və tərkibi vitamın C ilə zəngin olan bitkilər müəyyən xəstəliklərin profilaktikasında müsbət rol oynayır. Pomidorun infark riskini azaltdığı da iddia olunur. Bu qidaları mütəmadi olaraq qəbul edən insanlarda xərçəng və s. xəstəliklərə tutulma riski bu qidaları ardıcıl qəbul etməyənlərlə müqayisədə azdır. Lakin qeyd etdiyim kimi, bu günə qədər dünyada elə bir pereparat olmayıb və bundan sonra da olmayacaq ki, onu qəbul etməklə hansısa xəstəlikdən birdəfəlik sığortalanmaq mümkün olsun. Bu cür pereparatlar yanız infeksion xəstəliklərə qarşı yaradılan vaksinlərdir. Qızılca, suçiçəyi və s.infeksiyalara qarşı müəyyən vaksinlər var ki, onlar insanları bu xəstəliklərdən qoruya bilir. Hətta vaksin vurulması həmin infeksiyaya yoluxma ehtimalını 100 % aradan qaldırmır.

Çox təəssüf ki, müəyyən qadağalara baxmayaraq dərman preparatlarının reklamı hələ də davam edir. Bu, yolverilməzdir. Dərmanı həkim təyin etməlidir. Çünki hər bir dərmanın müəyyən dozası, qəbul müddəti, əks göstərişləri olur”.



Seymur ƏLİYEV

XƏBƏR LENTİ