Ölü dəniz içində 40 nəfər olan avtobusu “uddu”... - VİDEO

719 26-10-2018, 15:30 dunya

İordaniyada içərisində məktəblilərin olduğu avtobusun körpüdən aşaraq batması nəticəsində ən azı, 18 nəfər həlak olub.

Moderator.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, avtobus çaya düşdükdən sonra leysan yağışların yaratdığı güclü sel axını onu yaxınlıqdakı Ölü dənizə apararaq batırıb. Faciə dünən- cümə axşamı baş verib. Məlum olub ki, uşaqlar müəllimlərin müşayiəti ilə Ölü dənizə ekskursiyaya gedirmişlər. Maşında təxminən 40 nəfər olub.

Hazırda ölən 18 nəfərdən əksəriyyətinin uşaqlar olduğu bildirilir. Digər 22 nəfər xilas edilsə də, onlardan bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Fövqəladə olay yeri polis tərəfindən mühasirəyə alınıb, axtarış-xilasetmə işləri aparılır.
Xəbər verildiyi kimi, Yaxın Şərq regionunda son günlər baş verən daşqınlar digər faciə və dağıntılara da səbəb olub.


XƏBƏR LENTİ