Cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb- Yol hərəkəti qaydalarının pozuntusuna görə

Cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb- Yol hərəkəti qaydalarının pozuntusuna görəBakı şəhəri ərazisində yol hərəkəti əleyhinə törədilən qayda pozuntusuna görə tətbiq edilən inzibati cərimələrin ödənişlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada “ASAN ödəniş” sisteminə inteqrasiyası üzrə işlər uğurla başa çatdırılıb.

Bu barədə “Report”a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu,”ASAN xidmət” Bakı Nəqliyyat Agentliyinin (BNA) birgə əməkdaşlığı nəticəsində mümkün olub.

Oktyabrın 26-dan etibarən vətəndaşlar və hüquqi şəxslər barələrində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, habelə inzibati xəta haqqın-da protokollar, xüsusi texniki vasitələrin köməyi ilə aşkar olunmuş inzibati xətaların törədilməsinin foto və ya video görüntüləri ilə “ASAN ödəniş” sistemində yaradılan şəxsi kabinetlərində tanış ola bilərlər. Həmçinin bu cərimələr üzrə ödənişlərini www.asanpay.az portalı və ya “ASAN ödəniş” sisteminə qoşulan digər ödəniş por-talları və terminalları vasitəsilə də həyata keçirə bilərlər.

Qeyd edək ki, “ASAN ödəniş” sistemi 2014-cü ildə yaradılıb. Hazırda 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 5 publik hüquqi şəxs və dövlətə məxsus 5 hüquqi şəxs olmaqla 119 dövlət qurumunun cərimə, rüsum, kommunal, lizinq, kredit, icarə haqqı və s. ödənişlər “ASAN ödəniş” sisteminin www.asanpay.az ödəniş portalı və terminalları eləcə də, sistemə qoşulan digər ödəniş portalları və terminalları vasitəsi ilə təmin edilir.

Xeberdar.net

Cərimələrin “ASAN ödəniş” sistemində ödənişinə başlanılıb- Yol hərəkəti qaydalarının pozuntusuna görə

  • 27-10-2018, 11:11
  • 363


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  3. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  4. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  5. Ucarda qadın qətlə yetirilib
  6. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  7. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  8. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  9. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
  10. "Kommersant" Ermənistana "İsgəndər M" raketinin nə vaxt verildiyi haqda yazıb
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI