Azərbaycanın dərman bazarında "LEYNER" saxtakarlığı

 Azərbaycanın dərman bazarında "LEYNER" saxtakarlığı

Xeberdar.az Azərbaycanın dərman bazarındakı saxtakarlığa işıq salan maraqlı bir məlumat əldə edib.

Bildirilir ki, daha çox körpə uşaqların təlabatının olduğu "Leyner" adlı mazı Bakının apteklərindən tapmaq mümkün deyil və bunun da çox maraqlı səbəbi varmış.

Strateq.az qiyməti cəmi bir neçə qəpiyə olan mazın "qeybə" çəkilməsinin səbəbini araşdırarkən maraqlı faktları üzə çıxarıb. Gün ərzində baş vurduğumuz paytaxtın 20-yə yaxın ən böyük aptekinin heç birində "Leyner" tapa bilmədik. Adlarının çəkilməsini istəməyən aptek işçiləri bunun səbəbini belə izah ediblər: "Həmin maza tələbat çoxdur. Hər gün soruşurlar. Əvəzləyicisini çox baha olması səbəbindən, insanlar almır. Sözügedən maz isə Azərbaycanda istehsal olunur. Ancaq bir müddətdir ki, "Leyner" dərman bazarından yığışdırılıb və buna səbəb maza səhvən (?!-red.) streptaçitdən ibarət başqa tərkibin vurulması olub. Bunun da nəticəsində bir çox istifadəçilərdə mənfi fəsadlar yaranıb. Edilən çoxsaylı şikayətlərdən sonra mazın laborator analizi aparılıb və onun, həqiqətən də, standartlara cavab vermədiyi təsdiqlənib".

Maraqlıdır ki, bu cür ciddi vəziyyətlə bağlı Səhiyyə Nazirliyi əhalini indiyə kimi xəbərdar etməyib. Çünki evlərdə çoxlu sayda əvvəlcədən alınan "Leyner"lər də ola bilər ki, bu da insanlar üçün əsl təhlükə mənbəyidir.

Məsələ ilə bağlı dəfələrlə Səhiyyə Nazirliyinə etdiyimiz zənglərə isə cavab verən olmadı.

Xatırladaq ki, istifadə müddəti 2 il olan və reseptsiz satılan "Leyner" mazının tərkibində 2,5 q bor turşusu, günəbaxan yağı, lanolin, distillə suyu var.

Bu məlhəm dərinin qıcıqlanmasını azaldır və dəriyə yumşaldıcı təsir göstərir. Məlhəmdən daha çox körpə uşaqların müalicəsində istifadə edilir, böyüklər isə daha çox dəridə yaranan qızartılara, səpgilərə qarşı ondan faydalanırlar.

Azərbaycanın dərman bazarında "LEYNER" saxtakarlığı

  • 19-06-2015, 16:42
  • 955


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xətai rayonunda bu ərazi də satıldı
  2. XÜSUSi TƏYİNATLILAR İCRA HAKİMİYYƏTİNƏ BASQIN ETDİ - Neftçaladə əməliyyat
  3. ÇİNİN 5G SİSTEMİNƏ QARŞI ABŞ-ın KORONAVİRUS ƏMƏLİYYATI:iki amerikalı professorun hazırladığı virus dünya nizamını necə dəyişir? - ARAŞDIRMA
  4. Tanınmış jurnalist hüquq mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcək
  5. TALANAN MİLYARDLAR, MƏHV EDİLƏN MİLYONLUQ TEXNİKA... - Həbs edilən olacaqmı? + FOTOLAR
  6. Xətai rayonunun "islahatçı" icra başçısının gerçək üzü
  7. “Bütün hazırlıqlar görülüb, İdlib hərəkatı an məsələsidir” –Ərdoğandan açıqlama
  8. Jalənin döyülməsini gizlədən “City Hospital”dan şok – Faktlar
  9. AZƏRBAYCANDA KOLLEC DİREKTORU VƏ MÜAVİNİ TUTULDU –Rüşvətlə
  10. 3 saylı klinik xəstəxanada biabırçılıq – Bakıda ölən şəxsi “soydular”
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI