Ermənistan adlanan dövlətin torpaqlarının hər daşında,hər cığırında bir türk tarixi yaşayır

1 227 30-10-2018, 11:48 siyaset / gundem

Ermənistan adlanan dövlətin torpaqlarının hər daşında,hər cığırında bir türk tarixi yaşayır

Hər bir xalq bəşər mədəniyyətinin yaradılmasında müəyyən rol oynayır. Dünya xalqları içərisində ermənilər, yeganə xalqdırlarki, öz tarixlərini, elmi təməldən uzaq, tamamilə mifologiyalarla, əfsanələrlə, uydurmalarla bağlayırlar. Tarixi saxtalaşdırırlar.
Elm adamları ermənilərin tarixi ilə maraqlarkən onların tarixi ilə bağlı əsaslı bir mənbə tapa bilmədiklərini açıq etiraf edirlər. Erməni tarixçi Qaraqaşyan özünün "Şərq tarixi" (1905, London) əsərində, erməni keşişlərinin erməni tarixi ilə bağlı uydurduqları məsələlərə aydınlıq gətirərək yazırdı ki, "ermənilərin keçmişi haqqında tarix və ya salnamə sayıla biləcək məlumatlar yoxdur."

Ermənistan adlanan dövlətin torpaqlarının hər daşında,hər cığırında bir türk tarixi yaşayır
Bir tarixi mövzu, bir millət haqqında yazarkən, tarixçilərin və onların özlərinin özləri haqqında dediklərindən sitatlar gətirmək daha məqsədəuyğun sayılır. Tarixçi tarixi, millət isə özünü daha yaxşı ifadə edir.
“Ermənilər XVIII əsrdəki böyük rus döyüşçüləri və məmurları sayəsində artıq dövlətə və paytaxta sahibləndilər. Onlar Suriya çöllərində yaşaya-yaşaya üzüm yarpaqlarına qiymə doldurub bükə bilməzdilər. Belə ki, orada nə üzüm, nə də qiymə haqqında bilirdilər.
Ermənilər İrəvanın tarixindən keçmişini silmək üçün Sərdar sarayını dağıtdılar. Bir xalqın tarixini ədəbiyyat nümunəsi ilə müəyyən edirlər. Amma ermənilərdə bu yoxdur. Öz mətbəxlərini isə tamamilə türk və azərbaycanlılardan götürüblər. Hətta adlarını belə dəyişməyərək, lülə-kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti kimi eyni saxlayıblar.
Tarixi sənədlərdən də göründüyü kimi İrəvanın sadəcə 500 yaşı var və o, 1918-ci ildə məhz Rusiyanın köməkliyi ilə Ermənistanın paytaxtı oldu. Buna qədər isə həmin ərazi İrəvan xanlığının mərkəzi idi. Tarix isə hələ də heç bir erməni imperiyası tanımır. Əgər 1918-ci ilə qədər Qafqazda erməni dövləti olubsa, onun itməsindən tarixçilər indiyə qədər niyə baş çıxara bilmirlər. Onlar XIX əsrdə meydana çıxan Xaçatur Abovyana qədər heç bir yazıçıya da sahib olmayıblar. Yüz illər ərzində xalqı idarə edənlər onların başına yeridiblər ki, biz ən qədim xalqıq. Özləri isə Ermənistandan qaçaraq sərhədlərini ruslardan qorumağı xahiş edirlər. Rusiyada isə əlyazmalar yanmır. Bunu ermənilərə daima xatırlatmaq lazımdır ki, bir daha dünyanı özlərinə güldürməsinlər.”
Modest Kolerov
REGNUM İnformasiya Ağentliyinin baş redaktoru
Rusiya tarixçisi, tarix elmləri namizədi

1914-cü ildə erməni tarixçisi Gevorq Aslan "Ermənistan və ermənilər" kitabında yazmışdır: "Ermənilərin dövlətçiliyi olmamışdır. Ona görə də ermənilərdə vətən hissi yoxdur. Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə əlaqələndirilir. Bir dövlət kimi heç bir zaman mövcud olmamış xəyali "böyük Ermənistan" yaratmaq ideyası dünyanın bütün hayklarını birləşdirmək yolunda ümummilli konsepsiyadır".
Erməni şairi Yegişe Çarens: "Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də "drevnyaya Armeniya" adlandırmaqdan utanıb qızarmırlar".
Amerika tarixçiləri Castin və Karolin Makkartilər: "Müasir Ermənistan ərazisi ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Məhz bu səbəbdən Ermənistan ərazisindəki coğrafi adların çoxu Azərbaycan adlarıdır".
Tarixçi A.Anninski XIX əsrdə yazmışdır: "Qədim ermənilərin keçmiş siyasi qüdrətinin və mədəniyyətinin əhəmiyyətini sübuta yetirən heç bir sənədin qorunub saxlanmaması göstərir ki, onların heç nəyi olmamışdır. Bu onu göstərir ki, qədim ermənilər azsaylı vəhşi qəbilə üzvləri olmuşlar. Ermənilərin bədii yaradıcılığının son dərəcə miskinliyi də bununla əlaqədardır. Onların elmliliyi barədə danışmağına da dəyməz. Ermənilər mövcudluqlarının bütün dövrü ərzində heç bir orijinal şey meydana çıxara bilməmişlər".
Rus generalı və diplomatı Mayevskinin "Ermənilərin törətdikləri kütləvi qətllər" haqqında kitabından: "Görəsən kimsə ermənilərin xalq qəhrəmanlığı haqqında eşidibmi? Onların azadlıq uğrunda döyüşçülərinin adları harada həkk olunub? Heç yerdə! Ona görə ki, ermənilərin "qəhrəmanları" öz xalqının xilaskarından daha çox onun cəlladı olublar".

Ermənilər Azərbaycan torpağına necə gəldilər?

21 Mart 1828 - ci ildə rus çarı I Nikolayın 1825 - 55 saylı sərəncamı ilə Azərbaycan ərazilərində gələcəkdə bir erməni dövlətinin yaradılmasının əsası qoyuldu.
Məskunlaşdırma siyasəti, Rusiya - İran müharibəsindən sonra, 1828 - ci ildə Rusiya və İran arasında Türkmənçayda bağlanan sülh müqaviləsindən və Rusiyanın İran və Rusiya sərhədləri arasında bir xristian dövlətinin yaradılması ideyasından sonra meydana gəldi və Rusiyanın Dövlət vəsaiti və hərbi qüdrəti hesabına həyata keçirildi. Bu barədə rus tarixçisi N.İ.Şavrov «Zaqafqaziyada rus işinə təhlükə» adlı əsərində yazırdı: «1826-1828-ci illər müharibəsindən sonrakı iki ildə yəni 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya İranın Xoy, Səlmas və Marağa əyalətlərindən 40 min erməni və eləcədə 84.600 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin az yaşadığı Yelizavetopolun və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirilmişdir... Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil bizə yad olan bir millətin yerləşdirilməsindən başladıq… Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axilkələk qəzalarında yerləşdirdik… Nəzərə almaq lazımdır ki, 124 min rəsmi köçürülən ermənilərlə yanaşı, qeyri-rəsmi şəkildə köçənlər də çox olmuşdur və ümumiyyətlə, köçənlərin sayı 200 min nəfərdən xeyli artıqdır...”
Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi.
Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldı.
Bununla da ermənilərin məskunlaşdırılması, azərbaycanlılara qarşı soyqırım və qırğınlar, Azərbaycan mədəniyyətinin erməniləşdirilməsi başladı.
Ermənilər öz çirkin əməllərini həyata keçirmək üçün müxtəlif ölkələrin arxivlərindəki bununla bağlı sənədləri, eləcə də tarixi məlumatları və yazılı mənbələri, ya tamamilə məhv edir, ya da dəyişiklik edərək erməniləşdirirlər.
1828-ci ildə rus çarı I Nikolayın fərmanı ilə Alban kilsəsini ermənilərə tabe etdirildikdən dərhal sonra, ermənilər albanlara məxsus abidələrini, erməni abidələri adı ilə elan etdilər. Eyni zamanda alban dövrü yazılı məlumatlarını da erməni dilinə tərcümə edib, materialların əslini yox etdilər.
Erməni - rus gizli razılaşmasına əsasən ən adi erməninin belə azərbaycanlıların əmlakını əlindən almaq, zor tətbiq edərək yaşadığı ərazidən qovmaq və öldürmək hüququ vardı. Bu siyasət sonradan Cənubi Qafqazda Erməni Seperatizminin və Erməni Terrorunun daha da güclənməsinə və inkişaf etdirilməsinə gətirib çıxardı. 1918 - 1920 - ci illərdə Azərbaycan torpaqlarında ermənilərin məskunlaşdırılmasını müşahidə edən erməni tarixçisi A.A.Lalayan bu prosesin necə baş verdiyini təsvir edərək yazırdı: «…türk qadınlarının və uşaqlarının, qocaların və yeniyetmələrin məhv edilməsində daşnak dəstələri maksimum şücaət göstərirdilər. Erməni daşnak dəstələrinin ələ keçirdiyi Azərbaycan kəndləri canlı insanlardan azad olunur və eybəcərləşdirilmiş meyidlərlə dolu xarabalığa çevirilirdi».
XIX əsrin əvvəllərində ruslar imperiya siyasətlərinin həyata keçirmək üçün erməni din xadimlərinin fəaliyyətindən yararlanmağa, yəni erməni dini fanatizminin rus imperiya siyasətinə istiqamətləndirilməsinə başladılar. Ruslar ermənilərin xarakterinə yaxşı bələd olduğundan öz siyasətlərini həyata keçirmək üçün daima onları şirnikləndirir, maddi və mənəvi yardımlar göstərirdilər.
XX əsrin 30-cu illərində Qərbi Azərbaycanın Vedibasar, Zəngibasar, Qəmərli, Dərələyəz, Ağbaba və digər bölgələrinin 50 min nəfərdən artıq Azərbaycan millətindən olan əhalisi Qazaxıstan çöllərinə sürgün edildi.
Azərbaycanlıların öz tarixi ərazilərindən deportasiya edilməsinin böyük hissəsi, SSRİ –nin rəhbərlərindən biri olan İ.Stalinin payına düşür. Belə ki o ermənilərin xahişi ilə 1947-ci il dekabrın 23-də «Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür - Araz ovalığına köçürülməsi haqqında» qərar imzaladı. Qərarda deyilirdi: «1948-50-ci illərdə Ermənistan SSR-də yaşayan 100 min azərbaycanlı əhali Azərbaycan SSR-in Kür -Araz ovalığına köçürülsün». Qərarda sonra deyilirdi, Ermənistan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Kür - Araz ovalığına köçürülən azərbaycanlıların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirilsin.
Bunlar rusların azərbaycanlılara qarşı etdiyi etnik təmizləmə siyasətinin bir mərhələsi idi.
Ermənilər havadarlarının dəstəyi ilə arzularını həyata keçirmək üçün cilddən-cildə, sifətdən-sifətə girirlər. Zəif olduqları zaman yazıq, rəzil, bir balaca arxa-dayaq tapıb güc hiss edən kimi tarixdə misli görünməyən vəhşiliklər törətdirlər. Tarixi saxtalaşdırmaq, ələ keçirdikləri torpaqlarda tarixi abidələri məhv etmək, toponimləri dəyişmək, özlərindən tarix uydurmaq və bunu dünyaya həqiqət kimi təqdim etməkdə ermənilərin tayı-bərabəri yoxdur. Zaman-zaman Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən, soyqırımlar törədən ermənilər müəyyən qədər öz istəklərinə nail oldular. Onlar nəinki Azərbaycan, qardaş Türkiyə və qonşu Gürcüstan ərazilərinə də iddia edirlər.
Etiraf etmək lazımdır ki, saxtakarlıq yolu tutan bu xalqın cəfəng iddialarına humanist və unutqan xalq olaraq, indiyədək indiki Ermənistan adlı dövlətin ərazisinin tarixi Azərbaycan torpaqları olması faktını lazımınca dünya ictimaiyyətinə çatdırmamışıq. Bizə qarşı bu qədər vəhşiliklər törətmələrinə baxmayaraq etdiklərini unutmuş, onlara yenidən qucaq açıb, süfrəmizin başında əyləşdirmişik. Ermənilər isə bundan istifadə edərək məkirli niyyətlərini həyata keçiriblər. Körpələrinin qulağına “Türk bizim düşmənimizdir” deyə-deyə düşmənçiliyə alışdırıblar.

Əcdadlardan bizə gələn səslər

Ata nənəm demək olar ki, bir əsrdən bəlkə də çox yaşadı. Təxmini doğum tarixi 1890-ci ilə yazılmışdı. Elə müstəqilliyimizin bərpasının ilk ilində də haqqın dünyasına qovuşdu. Adı sənədlərdə Kərbalayi Mənsumə idi. Lakin bütün kənd ona “Mənsumə Çiçə” deyərdilər. Bəy qızı olmasına baxmayaraq sonradan ona həyat çox böyük acılar yaşatmışdı. Nə qədər yaşlı olsa da çox yaxşı yaddaşı vardı. 60-70 il əvvəl baş verənləri elə dəqiqliyi ilə danışırdı ki, sanki hər şey dünən baş verib. 1905, 1918-ci illər ermənilərin törətdikləri qırğınlara, vəhşiliklərə şahidlik etmiş, onların yaşatdıqları acıları yaşamışdı. Nənəm deyirdi ki, ermənilərin gəldiyini eşidən kimi, qadınları, qocaları və uşaqları gizlədirdilər. Çünki onlar qoca, qadın, uşaq demədən qarşılarına çıxan hər kəsi, hər şeyi məhv edir, insanları süngüyə keçirir, işgəncə verir, evlərə od vurub yandırırdılar. İki dayısı və İsmayıl adlı bir qardaşı ermənilərlə döyüşdə həlak olmuşlar (hazırda məndən böyük qardaşım İsmayıl onun adını daşıyır). 1942-ci ildə babam vəfat etmiş, böyük oğlu ikinci dünya müharibəsində itkin düşmüşdü. Müharibə illərində aclıq və səfalət iki qızını da onun əlindən almışdır. Sonralar isə bütün həyatını tək başına iki övladını (atamı və əmimi) böyütməyə, ölümdən xilas etməyə sərf etmişdi. Sovet dövründə hər bir kəsi təsərrüfatda işləməyə məcbur etdiklərinə görə yaşlı vaxtında bizi də, beş uşaq olaraq o böyütmüşdü. Nə qədər acılar görsə də qürurunu saxlayırdı. Demək olar ki, erməni vəşiliklərindən danışmaq onun gündəminə çevrilmişdi. Ninni, nağıl əvəzinə hər gün o tarixləri danışır, dəfələrlə təkrarlamağına baxmayaraq biz də yorulmur, həvəslə dinləyir, əksinə sanki kiçik beynimizdə bir qisasçılıq közərtiləri, düşmənə nifrət və millətə sevgi hisləri körüklənirdi. Qərbi Azərbaycan torpaqlarında olan ilk toponimləri də onun dilindən eşitmişdim. O, heç zaman Yerevan sözünü dilə gətirmir, İrəvan deyirdi. Dərələyəz, Göyçə, Zəngəzur, Sultanbəy, Şəki yer adlarımızı da ilk dəfə ondan eşitmişdim. Bəlkə də bu həqiqətlərin, gerçəkliklərin səbəbi idi ki, atam da ermənilərə nifrət edirdi. Onların olduğu yerdə oturmaz, əl verib görüşməz, onların çıxıb getməsini gözləyər, onlar gedəndən sonra isə: ”Qapı pəncərələri açın havası dəyişsin. Bu murdarların, murdar nəfəsi otaqda qalmasın” - deyərdi.

Erməni vəhşiliyi və türk humanistliyi

Nənəm danışırdı ki, bir dəfə ermənilərin vəhşilklər, qırğınlar törətdiyi vaxtlar kişilər bir erməni “haxçiyini” (nənəmin dili ilə) əsir gətirmişdilər. Onu görən qadınlar israrla onu kişilərin əlindən alıb öz yanlarında saxladılar. Həmin qadın səhərə kimi “Qurenim, Urenim ” deyə ağlayırmış. Sonraladan kənd qadınları bu erməni qadınının ekiz südəmər körpəsi olduğunu öyrənirlər. Kənd kişilərini məcbur edirlər ki, aparıb həmin qadını gətirdikləri yerə qaytarsınlar. İki gündən sonra erməni qadınını evlərinə yola salırlar.

Əhalinin tərkibi və toponimlərin dəyişdirilməsi necə baş verdi?

Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa eyniadlı elektron səhifəsində Qərbi Azərbaycanda erməni təcavüzünə məruz qalan toponimlərdən bəhs edərkən qeyd edir ki, hər hansı bir ərazidə toponimlər sisteminin formalaşması üçün yüz illər, bəlkə də min illər lazımdır: «Cənubi Qafqazda qədim türklərə, oğuz və qıpçaq boylarına məxsus toponimlərin yaranmasından min illərlə zaman keçir. Azərbaycan, Gürcüstan və indiki Ermənistan ərazisində on minlərlə toponim məhz tarixin qədim qatlarında formalaşıb. Qədim türklər yaşadıqları ərazini coğrafi relyefin, tarixi şəxsiyyətlərin və tayfaların adları ilə adlandırmışlar.
1827-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalından sonra yaradılan yeni inzibati-ərazi vahidində - yəni «Erməni vilayəti»nin ərazisinə daxil edilən 1111 kənddən yalnız 62-də ermənilər yaşayırdı. Onlar da 1828-ci ilədək buraya köçürülmüş ermənilər idi. Yeri gəlmişkən, göstərilən 62 kəndin ancaq 14-nün adı erməni mənşəli idi.
Bir xalqın müəyyən ərazidə əsrlər, minilliklər boyu formalaşmış toponimlər sistemini kökündən dəyişdirmək həmin xalqın tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir. Xəritəçilik baxımından bu, asan məsələ olmasa da, Ermənistan Respublikasında azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi rəsmi dövlət siyasətinin tərkib hissəsi olub. Rusiyanın 1827-ci ildə İrəvan xanlığını işğalından başlamış, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respublikası yarananadək ötən müddət ərzində həmin ərazidə yalnız üç azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilib. İşğaldan sonra İrəvan şəhəri 1828-ci ildə Yerevan adlandırılıb. Rusiya çarı Nikolayın 1837-ci ildə Gümrüyə gəlməsindən sonra şəhərin adı dəyişdirilərək çarın arvadı Aleksandra Feodorovnanın şərəfinə Aleksandropol adlandırılıb. 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilər kütləvi surətdə Türkiyənin Bəyazid paşalığının ərazisindən Göyçə gölünün ətrafında məskunlaşdırılıb. 1850-ci ildə İrəvan quberniyası yaradılan zaman Kəvər yaşayış məntəqəsinin adı dəyişdirilərək Novo-Bayazet adlandırılıb və eyniadlı qəza mərkəzinə çevrilib. Bu üç yaşayış məntəqəsinin adları istisna olmaqla, çar Rusiyası dövründə buraxılan inzibati və topoqrafik xəritələrdə, statistik məlumatlarda yaşayış məntəqələrinin türkmənşəli adları və digər toponimlər olduğu kimi saxlanırdı».
Ermənistanda türkmənşəli toponimlərin erməniləşdirmə kampaniyasına hələ daşnak hökuməti zamanında başlanıb. O, bildirir ki, 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılıb. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da türkmənşəli toponimlərin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adları dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Ermənistan adlanan dövlətin torpaqlarının hər daşında,hər cığırında bir türk tarixi yaşayır
Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə əməliyyatları həyata keçirilib. Ermənistanda daşnakların hakimiyyəti dövründən 1935-ci ilədək 195 yaşayış məntəqəsinin adı dəyişdirilib. 1988-ci ilin avqust ayınadək - yəni azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiya olunmasınadək indiki Ermənistan ərazisində 521 türkmənşəli yaşayış məskəninin adı dəyişdirilib. Sovet hakimiyyəti illərində Ermənistanda türkmənşəli toponimlərin dəyişdirilməsi prosesi ilə yanaşı, bir neçə kəndi bir təsərrüfatda birləşdirmək (təmərküzləşdirmək) yolu ilə azərbaycanlı kəndlərinin adları Ermənistanın yaşayış məntəqələrinin siyahısından silinib. Məsələn, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 fevral 1978-ci il tarixli fərmanı ilə Aşağı Kilsə (Quqark), Ağtala (Kamo (Kəvər)), Rəhimabad (Masis (Zəngibasar)), Qamışlı (Vardenis (Basarkeçər)) kəndlərinin adları yaşayış məntəqələrinin siyahısından çıxarılıb».
Ümumiyyətlə, 1918-1987-ci illərdə indiki Ermənistan ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi müxtəlif yollarla (əhalisi soyqırıma məruz qoyulmaqla, deportasiya edilməklə və s.) yaşayış məntəqələri siyahısından silinib. Bu kəndlərin böyük əksəriyyəti Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illər soyqırımı və 1948-1953-cü illər deportasiyasından sonra xaraba qalıb.

Bu bir missiya idi.

Qanlarında çox millətlərin qanı axan, satqın, hər zaman kiminsə himayəsində yaşamağa öyrəşmiş ermənilərin Azərbaycan torpaqlarında məskunlaşdırılması Rusiyanın bölgədə konflikt yaratmaq və nəzarəti əlində saxlamaq üçün Türküyə-İran, Azərbaycan-Türkiyə arasında bir xristian dövləti yaratmaq... Rusiya istəklərini zaman-zaman həyata keçirdi. İstər çar Rusiyası vaxtı, istər müstəqillik, istərsə də sovetlər dönəmində. Yeri, yuvası məlum olmayan, gözü həmişə özgə torpağında olan, məskunlaşdıqları yerlərdən xəyanətkarlıqlarına görə qovulan ermənilərə yoxdan bir Ermənistan yaratdı. İrəvan kimi bir paytaxtı ərmağan etdi.
İşğaldan ruhlanan ermənilər SSRİ-nin dağılmasından istifadə edərək, yenə də rusların köməyi ilə Dağlıq Qarabağı və ətraf yeddi rayonu ələ keçirdi. Görünməmiş qırğınlar etdi. Xocalı soyqırımını törətdi.

Zaman-zaman Azərbaycan torpaqları hesabına dövlət olan ermənilərə müqavimət göstərməyə lazımı güc göstərmədik. Birliyimiz olmadı. Havadarlarından – Rusiyadan qorxduq, çəkindik.
Biz nə tariximizi, nə də torpaqlarımızı qoruya bildik. Millət olaraq. Dövlət olaraq.
Keçmiş unudulmur. Tarixsə təkrarlanır.
Edilənlər bumeranqdır. Dünya yaxşılara, müqəddəslər müqəddəslərə, səninkilər sənə qayıdır.
İnsanların ürəyində bir niskil, düşüncəsində bir ümid var. Qədim torpaqlara qayıtmaq ümidi.
İrəvana uzanan yol Qarabağdan keçir.
Bu yol, millətin – türkün qeyrət yoludur.
Bu millətin özünə qayıtmaq yoludur, şərəf yoludur.

Elman Abbasov

Məqalə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin “Tarixi torpaqlarımız - Göyçə, Zəngəzur, İrəvan” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.

XƏBƏR LENTİ