Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələri Azərbaycanda aparılacaq –Səhiyyə Nazirliyi

Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələri Azərbaycanda aparılacaq –Səhiyyə NazirliyiŞair Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələrinin hamısı Azərbaycanda həyata keçiriləcək.

Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları bu işlə məşğul olmağa başlayandan sonra müəyyən sənədləri və iş materiallarını toplayacaqlar: ”Bundan sonra qərar çıxarılacaq, suallar qoyulacaq və o qərar icra edilmək, eyni zamanda sümük qalıqları öyrənilmək üçün bizə veriləcək. Ola bilər ki, bizə verilən bir necə sümük, yaxud bütöv skelet, ya da bir necə şəxsə aid olan skelet qalıqları olsun. Mən bu barədə hələ heç nə deyə bilmirəm, çünki bizə hələ heç nə təqdim edilməyib”.

Ə.Həsənov qeyd edib ki, lazımi materiallar təqdim edildikdən sonra MTEPAB tərəfindən həmin qalıqların genetik müayinəsi aparılacaq: “Daha sonra həmin müayinənin nəticələrinin müqayisə olunacağı şəxslər, yaxud meyit qalıqları bizə təqdim ediləcək. Həmin şəxs, yaxud şəxslər istintaq orqanları tərəfindən müəyyən ediləcək. Onlardan material, məsələn, yaşayan şəxsdirsə, qan götürüləcək və onun da genetikası öyrəniləcək, müayinələrin nəticələri tutuşdurulacaq”.

Ə.Həsənov əlavə edib ki, müayinələrin nəticələrinin açıqlanma vaxtını dəqiq demək mümkün deyil: “Çünki hələ bilmirəm ki, bizə neçə skelet, sümük veriləcək, onların çürüməsi hansı vəziyyətdədir. Ancaq çalışacağıq ki, bu işləri maksimum dərəcədə tez yekunlaşdıraq”.

Xatırladaq ki, şair Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yaradılmış işçi qrupunun noyabrın 1-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.

İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.

İşçi qrupunun gördüyü işlər və əldə edilmiş nəticələr barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məruzə olunacaq və ölkə ictimaiyyətinə məlumat veriləcək.

Xeberdar.net

Mikayıl Müşfiqin qalıqlarının genetik müayinələri Azərbaycanda aparılacaq –Səhiyyə Nazirliyi

  • 2-11-2018, 13:22
  • 186


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  2. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
  10. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI