Bakıda kafedə güclü yanğın- Üç nəfər tüstüdən boğularaq ölüb

741 3-11-2018, 10:00 hadise

Bakıda kafedə güclü yanğın- Üç nəfər tüstüdən boğularaq ölübBakıda üç nəfərin ölümü ilə nəticələnən yanğın olub.

FHN-dən “Report”a verilən məlumata görə, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının zirzəmisində ümumi sahəsi 70 m² olan kafenin yanar konstruksiyaları 10m² sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı tüstüdən boğulmuş 1989-cu il təvəllüdlü Əliyev Kərəm Əli oğlunun, 1982-ci il təvəllüdlü Əhmədov Bəhruz Fazil oğlunun və daha 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Xeberdar.net

XƏBƏR LENTİ