Şamaxı Mədəni Maarif Kollecinin ərazisi RİHB-nin müavininə verildi

1 108 6-11-2018, 09:30 bolge / gundem

Şamaxı Mədəni Maarif Kollecinin ərazisi RİHB-nin müavininə verildiTahir Məmmədovun Şamaxıya İcra Hakimiyyətinin başçısı təyinatı rayon əhalisndə, o cümlədən də, bəzi dövlət müəssisəsi rəhbərlərində yeni ümidlər yaradıb. Xatırladaq ki, mətbuat uzun müddətdir ki, bu rayonun RİHB-nin I müavini Qasım Qasımovun iradəsi ilə idarə olunduğu haqqında məlumatlar dərc edir. Əksər vəzifələrə məhz bu şəxsin təqdimatı ilə təyinatların olması haqqında məlumatlar hələ də davamlı olaraq dolaşmaqdadır. Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumata görə ölkə başçısı tərəfindən yeni RİHB-nin təyinatı Qasım Qasımovu o qədər də məmnun etməyib. Məlumatda bildirlir ki, artıq üç ildir memarlıq və tikinti şöbəsində, şöbə müdiri - baş memar vəzifəsi boşdur. Redaksiyaya daxil olan məlumata görə, kimsə Qasım Qasımovun iddiasından dolayı bu vəzifəyə gəlmək istəmir. Mənbə bildirir ki, cənab Qasımov hər bir sənədə özü nəzarət edir, hətta möhürləməyi belə onun etməsini memarın qarşısında şərt kimi qoyur. Məhz bu iddialardır ki, RİHB-nin saytında uzun müddətdir həmin qrafa boş qalıb. Mənbə əlavə olaraq bildirdi ki, Qasım Qasımovun bu istiqamətdəki iddialarını hələlik yerinə yetirən böyük məsləhətçi - mühəndis Dilguşə Məmmədovadır. Xatırladaq ki, uzun müddətdir Ağamusa Vahidovun vəfatından sonra başçının müavini — sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsi də boşdur. Kluarlarda gəzən məlumatlara əsaslansaq, həmin vəzifəyə təyinatın gecikməsində də, Q.Qasımovun “əməyi” var.
Şamaxıdakı mənbə əlavə olaraq onu da qeyd etdi ki, rayonda fəaliyyət göstərən Mədəni – Maarif Kollecinin həyətndən 10 sot torpaq sahəsi başçının müavini — ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir Gülnisə Ələkbərovaya ev tikintisi üçün verilib. Mənbə onu da qeyd etdi ki, həmin ərazidə xanım Ələkbərovaya məxsus tikilidə işlər hələ də davam edir.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

Xeberdar.net

XƏBƏR LENTİ