Yağış gündüz saatlarında da davam edəcək

583 8-11-2018, 11:27 cemiyyet

Yağış gündüz saatlarında da davam edəcəkBu gün gündüz saatlarında ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Xeberdar.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu 13-15 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin ‘sasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu 15-19, dağlarda 2-7 dərəcə isti təşkil edəcək.

Xeberdar.net

XƏBƏR LENTİ