ƏƏSMN-də özünüməşğulluq biznes lahiyyə adı altında insanları necə …..! / VİDEO

837 10-11-2018, 00:06 bolge / gundem

ƏƏSMN-də özünüməşğulluq biznes lahiyyə adı altında insanları necə …..! / VİDEODogruXeber.az xeber verir ki,günü-gündən “inkişafa doğru gedən ölkəmiz, iqdisadi baxımdan nəfskar məmurların sayəsindən irəli gedə bilmir”. Doğrusunu desək gördüyümüz mənzərə ürək bulandırıcı olsa da, amma həqiqət göz qabağındadır. Atalar misalı var deyərlər,görünən dağa nə bələdçi .Bu bir həqiqətdir insanları bu cür aldatmaqla boxçaların dolduran məmurlar düşünmürlər ki,öləndə kəfəndən başqa heç nəyə nail olmurlar. Bir dəfə də olsa Müqəddəs Qurani Kərimi oxusaydılar bilərdilər ki,xalqdan oğurladıqları sərvətlərin bir-bir hesabın verməyə məhkum olacaqlar. Amma bu gedişlə düşünürəm ki,bu işləri görən və gördürənlər çox güman ki, nə Quran tanıyırlar nədə ki,o dünyaya inanırlar.

Düşündükləri yalnız bu dünyadır ki,onu necə zəngin yaşasınlar deyə, milyonlarla insanların haqlarına girib istəklərinə nail olmaqdır. Bu sözləri qələmə almaqda məqsədimiz kimisə aşağılamaq yaxutda kiminsə haqlı və haqsız olmasını sübut etmək deyil. Sadəcə görünən mənzərədən bəlli olanlara münasibət bildirməmək qaçılmazdır. DoğruXeber.az bildirir ki,Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin təşəbbüsü nəticəsində bir çox kəndçilərə iri buynuzlu və xırda buynuzlu heyvanlar verməklə biznes lahiyyəsi altında xəzinə doldurmaqla məşğul olurlar.

Belə ki,bu lahiyyədə nəzərdə tutulmuş maliyyəni necə talayaq düşüncəsini işə salan ƏƏSMN-in iri planı nəticəsi tam səmərəli və uğurla həyata keçirilir. Aşağıda gördüyünüz kadrlarda hər şey açıq şəkildə görünür ki,insanları aldadıb arıq,qoca və xəstə heyvanlar verməklə bu sahəyə ayrılan maliyyə vəsaitini şişirdilmiş rəqəmlə göstərib, həqiqətdə isə həmin rəqəmlərin ikidə bir hissəsini xərcləyirlər. Beləliklə ƏƏSMN-nin öndə gedənləri, şəxsi büdcələrini böyütməyə nail olurlar. Bu çirkli işləri görənlər düşünürlər ki,bu cür gedişatlar diqqət cəlb etməyəcək. Yanılırlar! Əslində gördükləri iş xalq arasında özlərini nüfuzdan salmaq,hakimiyyət adına ləkə gətirməkdən başqa bir şey deyildir.

XƏBƏR LENTİ