Hansı qidalar üzdə qırışlar əmələ gətirir? – Düz, şəkər, alkoqol və…

1 145 10-11-2018, 14:52 maraqli

Hansı qidalar üzdə qırışlar əmələ gətirir? – Düz, şəkər, alkoqol və…Dermotoloqlar bildirirlər ki, bəzi ərzaqlar sifətin dərisi üçün ziyanlıdır.

Əgər siz, cavanlığı saxlamaq istəyirsinizsə, o zaman özünüzün gündəlik adətlərinizi diqqətlə öyrənməlisiniz – bütün bunlar isə qəbul etdiyiniz qidalardan başlamalıdır. Müəyyən ərzaqlardan qaçmaqla, siz, öz dərinizin qırışsız və noqsansız qalmasına kömək edə bilərsiniz.

Sifətin ideal rənginə nail olmaq üçün siz, aşağıdakı ərzaqları menyünüzdən çıxarmalısınız:

Həddindən artıq duz qəbul etdiyiniz halda, duzun tərkibindəki natrium hüceyrələrinizdəki suyu «udur» və nəticədə dərinizin «quruması» baş verir. Yəqin ki, həddindən artıq duzlu qida qəbul etdiyiniz zaman bunu özünüz hiss etmisiniz.

Quru dəridə qırışların özünü daha aşkar şəkildə büruzə verməsindən başqa, dehidratasiyaya (susuzluğa) məruz qalmış bədən tez yorulur ki, bu da dərinin sarıtəhər rəng almasına səbəb olur. Ona görə də yaxşı olar ki, duzun qəbul edilən miqdarını norma daxilində saxlayasınız.

Həddindən artıq qaynadılmış və ya yüngülcə yanmış ət də Sizin dəriniz və bədəniniz üçün zərərlidir. Bu, xüsusilə qırmızı ətə aiddir. Ət həddindən artıq qızardılarkən, onun tərkibində karbohidratların miqarı artır və bu da Sizin dərinizdə kollagenin miqdarını azaldır.

Kollagen isə dəriyə elastiklik verən struktur zülalı olduğu üçün bu, sizin üçün pis xəbər olar. Ona görə də öz menyünüzə nəzarət edin və ətin həddindən artıq «bişirilməsi»ndən qaçın.

Rafinə olunmuş ağ şəkər insan sağlamlığı üçün o qədər də yaxşı qida deyil və həm də dəriyə pis təsir göstərir. Belə ki, şəkər kollagenlə birləşir, onun effektini minimuma endirir və nəticədə dəri quru, az elastik və vaxt ötdükcə qırışlara daha çox meylli olur. Ona görə də yaxşı olar ki, rafinə olunmuş şəkər yox, onun natural əvəzləyicilərini seçəsiniz.

Dükanlardan pirojna və konfet almaqdansa, oları evdə tanıdığınız inqrediyenlər qatmaqla, özünüz bişirin.

Axşam qonaqlıqlarından sonra da səhərlər dərinin solğun görüdüyünü özünüz müşahidə etməmiş deyilsiniz. Bəli, alkoqol da dərinizdəki qırışların daha aşkar görünməsinə səbəb olur. Odur ki, dərini qorumaq üçün mümkün qədər alkoqoldan qaçmaq və ya qədərində içmək lazımdır.

Bu sadə dəyişiklikləri öz adətlərinizə əlavə edə bilsəniz, dərinzin işıq saçan və cavan qalmasına köməklik etmiş olarsınız.
Seçim isə özünüzündür…

Hazırladı: Mirzə AĞ

XƏBƏR LENTİ