"Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb

1 593 12-11-2018, 11:36 cemiyyet / gundem

"Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
Güllü Eldar Tomarlı: “Qadın həmrəyliyi yaratmağı,milliliyimizi, sazımızı-sözümüzü təbliğ etməyi bir vəzifə kimi boynumuza götürmüşük”

Sazlı-sözlü "Aşıq Pəri Məclisi" noyabrın 11-də “Azərxalça” ASC-nin İsmayıllı filialının qonağı olub,xalçaçı qadınlarla görüşüb,qədim milli dəyərlərimizi,söz-saz sənətimizi yaşatmağın əhəmiyyətindən danışıblar. Görüşdə "Aşıq Pəri Məclisi" İB-nin sədri Pərvanə Zəngəzurlu, bədii rəhbər Güllü Eldar Tomarlı,Südabə İrəvanlı, Əməkdar Mədəniyyət işçisi Solmaz Kosayeva,Gözəl Kəlbəcərli,Ruhiyyə Qarabağlı,Hənifə Şəbnəm,Minirə Dadaşqızı,milli geyimlərimizin mahir ustası Səhər Qurbanova.Tükəzban Vəliqızı ,habelə İsmayıllıdan olan şairələr-Gülxar Cəbiqızı,Xatun Qəmkar,Minirə Dadaş qızı,Mehriban İbrahimova,Nayilə Yarğançaylı iştirak ediblər.
"Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
Bu barədə Xeberdar.net-ə "Aşıq Pəri Məclisi" İB-nin sədr müavini Güllü Eldar Tomarlı məlumat verib.
“Filialın direktoru Zenfira Ələsgərovaya və bütün xalçaçılara minnətdarıq. Gözdən uzaq könüllərə yaxın könül adamlarının sözlərinin sehrinə düşdük. Dinlədik, məmnun olduq. Xalçaçılıq ənənəsini yaşadan analarımızın, bacılarımızın toxuduqları xalçalara heyran qaldıq. Azərbaycanımızın- İsmayıllı bölgəsinin xalçaçıları iıə qaynadlq-qarışdıq, xoş anlar yaşadıq. Xoş qarşıladılar,xoş yola saldılar.”-deyə Güllü xanım bildirdi.
"Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
O,qeyd etdi ki,"biz bacardıqca adət-ənənəmizi önə gətirməyə çalışırıq və ictimaiyyətə təqdim etmək niyyətindəyik. Niyyətimiz duru və diridir. Arzularımız çoxdur. Qadın həmrəyliyi yaratmalıyıq. Milliliyimizi, sazımızı-sözümüzü təbliğ etməyi bir vəzifə kimi boynumuza götürmüşük, çox çətin olsa da."

Xeberdar.net

XƏBƏR LENTİ