Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!

881 13-11-2018, 01:02 siyaset

Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!

Son günlər bu məsələ haqlı olaraq cəmiyyətdə ciddi müzakirəyə səbəb olub. Gerçəkdən vaxtilə STATOYL şirkətilə "Əsrin müqaviləsi"nə ortaq olan Norveç niyə 20 illik fəaliyyətdən sonra birdən Bakıdakı səfirliyini bağlayır? Bu haqda ekspertlərin üzərində dayandığı əsas faktor Norveçin Azərbaycanda diplomatik missiya həyata keçirməsi üçün münasib şəraitin olmamasıdır. Əgər belədirsə, o zaman mövcud şərait təkcə Norveç Krallığı üçün deyil, bütün diplomatik missiyalar üçün də arzuolunan hesab olunmamalıdır. Bəs niyə məhz Norveç bu addımı atdı? Bəlkə də həmin sualın cavabını qismən də olsa bu Skandinaviya ölkəsi haqda bəzi məlumatlara nəzər saldıqdan sonra müəyyən edə bilərik.
1.Son beş ildə həyat keyfiyyəti indeksinə görə Norveç həyat standartı ən yaxşı olan 3 ölkə sırasındadır.
2.Norveç öz neftini sataraq gəlirini gələcək nəsillər üçün əmanət yaratmaq məqsədilə Neft Fondunda cəmləyər. Məhz gələcək nəsillər üçün .Bu məbləğ hazırda 1 trilyonu aşaraq ümumdaxili məhsuldan belə 2,5 dəfə coxdur.
3.İkinci Dünya müharibəsindən bu yana Norveçdə öldürülən polis sayı 10-u keçməyib.
4.Norveçdə bir kitab nəşr etdirsəniz, ölkə daxilindəki kitabxanalara göndərmək üçün hökumət 1000 nüsxə satın alacaqdır.
5.Norveçdə hər məhkumun hücrəsindən internetə girmə, jurnal oxuma hüququ vardır.
6.Norveç universitetləri hər kəs üçün pulsuzdur, hətta xaricilər üçün belə.
7.Norveç kralı belə ictimai nəqliyyatdan istifadə edər və sair...
Siyahını uzatmaq da olar. Bu gün məhz bu qədər mənəvi və insan dəyərlərinə sayğılı olan bir ölkədir ki, Azərbaycandakı səfirliyini bağlayaraq onu demokratiya yolunda addımlayan Gürcüstana köçürür. Və itirən şübhəsiz ki, Azərbaycandır. Təəssüf ki, bizim ölkəmizdə nəinki demokratik dəyərlərə, bütövlükdə insan amilinə sayğı hər gün tənəzzül yaşayır. Görünən tablo isə budur - Azərbaycanda mövcud durum 20 il öncə Norveç Krallığı ölkəmizdə səfirlik açdığı zamanla müqayisədə ağır və səfirliyi bağlayacaq həddə kritikdir, diplomatik missiyanı yerinə yetirmək üçün münbit şərait yoxdur və demokratik ənənələrə sadiq Oslo hökuməti də Bakıdakı "diplomatik fəaliyyətsizlik"dən çıxış yolunu səfirliyini Cənubi Qafqazın demokratik ölkəsinə köçürməkdə görüb. Ümid edək ki, bu hal presedentə çevrilməyəcək. Rəsmi Bakı isə bu durumun ənənəyə çevrilməməsi üçün səfirlərini geri çağırmaq yerinə, ölkədə demokratik ortamın olmasına çalışmalıdır. Çünki Azərbaycan hər zamandan daha çox məhz bu gün demokratik islahatlara ehtiyaclıdır...
12.11.2018

XƏBƏR LENTİ