Şimali Koreyanın gizli saxladığı 20 raket bazası var –ABŞ-la danışıqlar bu üzdən dalana dirənib

607 13-11-2018, 10:30 dunya

Şimali Koreyanın gizli saxladığı 20 raket bazası var –ABŞ-la danışıqlar bu üzdən dalana dirənibABŞ-da yerləşən düşüncə mərkəzi bazar ertəsi Şimali Koreyanın bəyan edilməmiş 20 raket bazasından ən azı 13-ünün yerini müəyyən etdiyini bildirib. Bununla da qeyri-hökumət təşkilatı amerikalı vasitəçilərin Pxenyanı nüvə silahlardan və uzaq mənzilli raketlərində vaz keçməyə inandırmaqda qarşılaşacaqları çətinlikləri vurğulayıb.

Qərargahı Vaşintonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) tədqiqatçısı Jozef Bermudes deyib ki, danışıqların davam etməsinə baxmayaraq, müəyyən edilən bazaların bəzilərində hətta təmir və kiçik insfrastruktur əlavələri də müşahidə edilib.

Şimali Koreya lideri Kim Conq Un və ABŞ prezidenti Donald Tramp iyun ayında Sinqapurda keçirilən zirvə toplantısından sonra nüvəsizləşdirmə məsələsində birlikdə çalışmağa söz veriblər. Buna baxmayaraq, həmin sammitdə tərəflər arasında imzalanan sənəddə bunun necə baş verəcəyi ilə bağlı dəqiq heç bir razılıq qeyd edilməyib və o zamandan bəri danışıqlarda demək olar ki, heç bir irəliləyiş olmayıb.

Sammitdən dərhal sonra Tramp Twitter vasitəsilə Şimali Koreyanın artıq nüvə hədəsi olmadığını qeyd etmişdi.

Şimali Koreya Punggyee nüvə sınağı sahəsini və Sohae raket mühərriklərinin sınaq sahəsini qapadıldığını bildirib. Pxenyan həmçinin Vaşinqtonun “cavab addımları” atacağı halda daha çox sahənin qapadılmasının və beynəlxalq inspektorların sahələrə gəlməsinə şərait yaradılmasının mümkün olduğunu deyib.

Keçən həftə Şimali Koreya ABŞ dövlət katibi Mayk Pompeo ilə Nyu Yorkda planlaşdırılan görüşü təxirə saldı. Bununla bərabər, ölkənin dövlət televiziyası bazar ertəsi Cənubi Koreyanın kiçik miqyası hərbi məşğələlərin bərpa etməsini və Birləşmiş Ştatların Koreya yarımadasında gərginliyin minimalaşdırılmasını nəzərdə tutan son sazişin şərtlərini pozduğunu bildirib.
Şimali Koreyanın gizli saxladığı 20 raket bazası var –ABŞ-la danışıqlar bu üzdən dalana dirənib
CSIS tərəfindən müəyyən edilən sahələr Şimali Koreyanın ucqar dağlıq ərazilərindədir və müxtəlif miqyaslı raket hücumlarının həyata keçirilməsi üçün istifadə edilə bilər. Təşkilat hesab edir ki, bəzi raketlər hətta Birləşmiş Ştatları vurmaq gücündədir.

“Bu raket bazaları raket buraxılan bazalar deyil” – deyə Bermudez qeyd edir: “Fövqəladə hallar zamanı raketlər həmin sahələrdən istifadə edilə bilsə də, Şimali Koreyanın əməliyyat qaydalarına əsasən raketin buraxılması qurğuları həmin bazalardan uzaqda saxlanılır və müvafiq hazırlıqların görüldüyü bazalarda yerləşdirilir”.

Bu raket bazalarının heç biri Şimali Koreya tərəfindən tanınmayıb və təhlilçilər deyir ki, nüvə silahlarının və raket imkanlarının mövcud olduğu sahələrin dəqiq bildirilməsi nüvəsizləşdirmə sazişinin vacib hissəsi olmalıdır.

(Amerikanın səsi)

XƏBƏR LENTİ