Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olundu

651 14-11-2018, 11:54 kriminal

Minskdə qıza görə adam öldürən azərbaycanlı tələbə həbs olunduMinskdə Azərbaycan vətəndaşı, Belarus Dövlət Aviasiya Akademiyasının tələbəsi, 1999-cu il təvəllüdlü Rəhimov Rüstəm Məmməd oğlu insan ölümü ittihamı ilə həbs olunub.

Xeberdar.net “Report”a istinadən xəbər verir ki, azərbaycanlı tələbə noyabrın 12-də həbs olunub.

Onun yerli millətdən olan, Aleksey adlı Belarus vətəndaşını öldürdüyü üçün həbs olunduğu bildirilir.

Hadisəyə səbəb R.Rəhimovun yerli millətdən olan qız tanışı ilə mübahisəsi, həmin şəxsin isə kənardan müdaxilə edərək qızı ondan ayırması səbəb olub. Azərbaycanlı gənc bunu həqarət hesab edərək belaruslu ilə görüş təyin edib. Təyin olunan görüşdə azərbaycanlı gəncin bir neçə əcnəbi ilə belaruslunu döyərək öldürdüyü bildirilir. Hadisəyə səbəb olan dəstənin bütün üzvləri saxlanılsa da, azərbaycanlı tələbədən başqa digərləri sərbəst buraxılıb.

Xeberdar.net

XƏBƏR LENTİ