BVF:"Mərkəzi banklar milli rəqəmli valyuta yaratmaq barədə düşünməlidir"

752 14-11-2018, 14:45 iqtisadiyyat

BVF:"Mərkəzi banklar milli rəqəmli valyuta yaratmaq barədə düşünməlidir"“İstifadəsi azalan nəğd pulun yerini doldurmaq üçün mərkəzi banklar milli rəqəmli valyutalarının tətbiqi barədə düşünməlidir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri Beynəlxalq Valyuta Fondunun (BVF) sərəncamçı direktoru Kristin Laqard Sinqapurda keçirilən ASEAN zirvə görüşündə deyib.

“Bütün dünyada, o cümlədən Kanada, Uruqvay, Çin, İsveç kimi ölkələrdə mərkəzi banklar bu məsələni ciddi araşdırır. BVF kimi onlar da cari dəyişikliklərlə, yeni düşüncə tərzi ilə ayaqlaşırlar”, – K.Laqard söyləyib.

O, valyuta və tədiyələrin yeni növləri ilə necə işləmək barədə hələlik qəti qərara gəlmədiyini bildirib.

BVF rəsmisinin fikrincə, mərkəzi banklar müxtəlif çətinliklərlə üzləşə bilər: “Belə ki, məsələn, valyuta istifadəçilərinin adlarını gizli tutmaqla müxtəlif qanun pozuntularının qarşısını almağı uzlaşdırmaq asan olmayacaq”.

XƏBƏR LENTİ