Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ekstradisiya ediləcək –Məhkəmə qərarı

654 19-11-2018, 15:01 kriminal

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ekstradisiya ediləcək –Məhkəmə qərarıBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə dələduzluqda, saxta sənədlər hazırlamaqda təqsirləndirilən Ulluqçu Yaverin öz ölkəsinə ekstradisiya edilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimat üzrə məhkəmə iclası başa çatıb.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

U.Yavərin ölkəsinə ekstradisiya edilməsi ilə bağlı qərar çıxarılıb. Qeyd edək ki, Türkiyə vətəndaşı U.Yavər bu il Bakının Səbail rayonunda saxlanılıb. Məlum olub ki, o, öz ölkəsində cinayət törədərək Azərbaycana qaçıb

XƏBƏR LENTİ