Qazax rayon doğum evinin baş həkimi Namazlı Aynur dövlət xəstəxanasında palataları xəstələrə satır

Qazax rayon doğum evinin baş həkimi Namazlı Aynur dövlət xəstəxanasında palataları xəstələrə satır


Qazax rayon doğum evinin baş həkimi Namazlı Aynur dövlət xəstəxanasında palataları xəstələrə satır. Belə ki, palatalar xəstəxanada çalışan həkimlərə bir növ arendaya özəlləşdirilib.

Doğum evinin sanitarları bildiriblər ki, doğum evində faktiki olaraq əsas söz sahibi olan Aynur xanım xeyli palatanı yalnız öz xəstələrinə bir növ icarəyə verir.

Müxbirimizi müştəri zənn edən Aynur xanım bildirib ki, “Mənim otaqlarımda xəstələrim üçün hər cür şərait yaradılıb. Bir nəfərlik və iki nəfərlik otaqlarım da var. Hansını istəsəniz, danışarıq”.

Amma o, bu zaman qiymət “oxumayıb”: “Xəstənizi gətirəndə danışaıq”.

Xəstəxanada çalışanların verdiyi məlumata görə, özəlləşdirilmiş palatalar boş qalsa belə onlara digər həkimlərin xəstələrini yerləşdirmək olmaz. Belə ki, dövlət xəstəxanasında mənimsənilmiş otaqlar sanki həmin həkimin xüsusi mülkiyyətidir.

Doğum evində çalışan sanitarlar isə qeyd edirlər ki, xəstəxanada mənimsənilmiş palatalardan savayı “yaxşı” və “pis” palatalar da var ki, “yaxşı palatalarda” qalmağın qiyməti 6 gun üçün 150 - 200 manatdır. “Pis” palatalarda qalmaq isə ümumi “haqq”a daxildir. Sanitarların dediyinə görə, “yaxşı” palatalar istilik sistemi, kondisioner, yaxşı yorğan-döşək, soyuducu, səliqəli özəllikləri ilə fərqlənir.

Həmin xəstəxanada yenicə ana olan xəstə deyir: “Burada çalışan tibb bacıları və sanitarlar xəstələrdən bütün gün ərzində hər şeyə görə pul istəyir. Qohumlar-yaxınlar tərəfindən gətirilən nə sovqat varsa, xəstəyə yalnız “şirinlik”, “hörmət” müqabilində çatdırılır. Xəstələrin termosu da pulla doldurulur. “Şirinlik” adı altında adamı elə soyurlar ki, övlad sahibi olmağın sevincini də yaşaya bilmirsən”.
Xəstəxananın içində divara prezidentin “Xəstəxana pulsuz xidmət göstərməlidir” sözləri iri hərflərlə yazılıb asılsa da elə həmin şüarın vurulub. Lakin xəstəxana bu şüara əks prinsiplə işləyir. Xəstəxanada ultrasəs müayinəsinə görə hər xəstədən 10 manat alınır.

Bundan əlavə, hər həkim öz tabeliyində olan sanitara pasiyentləri məhz onun yanına gətirmək tapşırığı verir. Bunun üçün sanitarlar xəstəxananın həyətində dayanıb müştəri gözləyir, bir növ pusqu qururlar. Yaxınlaşan pasiyentlərə və onların yaxınlarına isə məhz öz həkimlərinin daha yaxşı olduğunu deməklə onu reklam edirlər. Təbii ki, “əl əli, əl də üzü...” prinsipi əsasında...

Qazax rayon doğum evinin baş həkimi Namazlı Aynur dövlət xəstəxanasında palataları xəstələrə satır

  • 18-05-2015, 00:34
  • 2 399


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çoxsaylı Vətənsevərlərimizdən partizan dəstələrinin yaranmasına dair tələbli müraciətlər alırıq" - HÜRRÜ ƏLİYEV
  2. Millət vəkili onlayn qəbul keçirdi - FOTO
  3. TÜRKİYƏ LİVİYADA RUSİYAYA QALİB GƏLDİ! - Rusiya hava hücumundan müdafiə raketləri yerlə yeksan edilib
  4. Güclü külək rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub
  5. İran İraqın siyasi səhnəsindən geri çəkilir –QAFQAZ ÖLKƏLƏRİNİN BANKLARI YENİ STRATEGİYADA HANSI VƏZİFƏNİ İCRA EDƏCƏK?
  6. İcra başçısından nümunəvi addım - Hədiyyəsini vətəndaşın evinə apardı - FOTOLAR
  7. DİN ƏMƏLİYYAT KEÇİRDİ - dayı bacıoğlu saxlanıldı
  8. Azərbaycanda toylar hansı aydan başlayacaq?
  9. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  10. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI