“Bu faktın arxasında ruspərəst qüvvələr durur” – ADP Əli Kərimlinin saxlanmasını pisləyib

631 19-11-2018, 16:04 cemiyyet

“Bu faktın arxasında ruspərəst qüvvələr durur” – ADP Əli Kərimlinin saxlanmasını pisləyibBu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindənXeberdar.net-ə verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Toplantı iştirakçıları ilk növbədə 17 noyabr Dirçəliş günü ilə əlaqədar BMM-də keçirilən tədbirdən sonra Şəhidlər Xiyabanını ziyarət etmək məqsədi ilə hərəkətə keçən fəalların polislər tərəfindən saxlanılması, zorakılıq göstərilməsi, AXCP sədri Ə.Kərimlinin, Milli Şuranın sədri C.Həsənlinin və bir çox fəalın saxlanılaraq polis idarəsinə aparılmasını qətiyyətlə pisləyib və bu faktın arxasında Azərbaycanla Avropa arasında əlaqələrin möhkəmlənməsindən əndişə duyan ruspərəst qüvvələrin durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti həmçinin Qarabağ Komitəsinin 24 noyabrda keçirmək istədiyi mitinqə hökumət tərəfindən icazə verilməməsini pisləyib, bunu vətəndaşların konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşma hüququnun pozulması, insan hüquq və azadlıqlarının gözardı edilməsi kimi dəyərləndirib.

Qeyd edilib ki, İrəvandan başlayaraq DQ ərazisinə avtoyürüş təşkil edilməsinə, bir qrup erməni fəallarının Şuşada iclas keçirməsinə səsini qaldırmayan, bu cür separatçı hərəkətlərin qarşısını almaqda acizlik göstərən iqtidarın, şəhidlərimizi ziyarətə gədən insanlara qarşı polis zorakılığı göstərməsi milli düşüncə ilə bir araya sığmayan məsələdir. ADP iqtidarı DQ-ın işğalının legitimləşməsinə xidmət edən hər hansı addıma qarşı beynəlxalq hüquqa uyğun üsul və vasitələrdən, o cümlədən hərbi müdaxilədən istifadə etməyə çağırıb.
Xeberdar.net

XƏBƏR LENTİ