Badamdarda sürüşmə aktivləşdi – Qaya qopdu

725 23-11-2018, 16:35 hadise

Badamdarda sürüşmə aktivləşdi – Qaya qopduBadamdar sürüşmə sahəsində iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır:

“Son günlər yağan yağış nəticəsində sürüşmənin yuxarı hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib. Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb. Monitorinqlər davam etdirilir”.

Xeberdar.net

XƏBƏR LENTİ