Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar –Hansı rayonda 63 manat maaş verilir? (SİYAHI)

814 23-11-2018, 16:38 siyaset

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar –Hansı rayonda 63 manat maaş verilir? (SİYAHI)Azərbaycanda 2018-ci ilin 3-cü rübündə işləyənlərin sayı 1 mln 552,7 min nəfər təşkil edib.

Xeberdar.net Fed.az-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, ölkədə hal-hazırda muzdla işləyənlərin sayı 1 mln 552,7 min nəfər olub və ölkə üzrə orta aylıq əməkhaqqı isə 540,5 manatdır.

Rayonlar üzrə işləyənlərin sayı

İşləyən əhalinin regionlar üzrə bölgüsünə baxdıqda ən çox işçi Bakı şəhərində (714,5 min nəfər) cəmləşib. Bundan başqa iqtisadi rayonlardan Aran iqtisadi rayonu, Gəncə-Qazax iqtisadi rayonu və Naxçıvan Muxtar Respublikası da işçi sayının çoxluğuna görə digər iqtisadi rayonlardan fərqlənirlər. Bu rayonlarda müvafiq olaraq işçi sayı : 214 min nəfər, 140,8 min nəfər və 111,6 min nəfər olub.

Rayonlar üzrə isə ən çox işçi Naxçıvan şəhərində 57,5 min nəfər, ən az isə Naftalan (2,7 min nəfər), Xızı (3 min nəfər) və Qobustan (3,3 min nəfər) rayonlarındadır.


Ən çox işləyəni olan rayonlar

Bakı – 714,5 min nəfər,

Sumqayıt – 54,5 min nəfər

Gəncə – 43,4 min nəfər

Abşeron 27 min nəfər

Lənkəran – 22,4 min nəfər

Şəki 21,4 min nəfər

Mngəçevir – 17,9 min nəfər

Bərdə – 17,8 min nəfər


Ən az işçisi olan rayonlar

Xocalı – 1,2 min nəfər

Xocavənd – 1,3 min nəfər

Şuşa – 2 min nəfər

Zəngilan – 2,3 min nəfər,

Naftalan 2,7 min nəfər

Xızı – 3 min nəfər

Qubadlı 3,2 min nəfər

Qobustan – 3,3 min nəfər


Rayonlar üzrə orta aylıq nominal əmək haqqı

Ölkədə ən yüksək orta aylıq nominal əmək haqqı Bakı şəhərində 785,6 manat olub. İqtisadi rayonlar üzrə ən yüksək orta aylıq nominal əmək haqqı Naxçıvan Muxtar Respublikası üzrə 429,4 manat olub. Ən az isə Şəki-Zaqatala iqtisadi rayonunda 284,7 manat təşkil edib.


Rayonlar üzrə ən yüksək orta aylıq əmək haqqı

–Sədərək rayonu 484,8 manat,

-Şuşa rayonu 456,6 manat,

-Naxçıvan şəhəri 447,4 manat,

-Şirvan şəhəri 446 manat,

– Gədəbəy rayonunda 439,7 manat.


Rayonlar üzrə ən aşağı orta aylıq əmək haqqı

-Qax rayonu 255,7 manat,

-Zərdab rayonu 257,7 manat,

-Ağcabədi rayonu 258,7 manat,

-Ağdaş rayonu 259,8 manat,

XƏBƏR LENTİ