ABŞ 2019-da postsovet ölkələrinə təsirini artıracaq - "Stratfor" Vaşinqtonun hədəflərini açıqladı...

666 24-11-2018, 10:46 siyaset

ABŞ 2019-da postsovet ölkələrinə təsirini artıracaq - "Stratfor" Vaşinqtonun hədəflərini açıqladı...Xeberdar.net "Stratfor"un dünən dərc edilmiş icmalını və maraqlı bir şərhini diqqətinizə çatdırır.

“Donald Trampın administrasiyası 2019-cu ildə postsovet məkanında öz təsirini artıracaq, o cümlədən o ölkələr ki, hələ də Kremlin ən əsas müttəfiqləri sayılır və KTMT-yə, Avrasiya iqtisadi ittifaqına daxildir.
Stratfor konsaltinq kompaniyasının analitikləri icmallarında xəbərdar edir ki, Vaşinqtonun ən yaxın hədəfi Ermənistanla münasibətləri möhkəmlətməkdir. İcmalda qeyd edilir ki, may ayında “məxməri inqilab”ın və kütləvi etirazların nəticəsində Kremlə loyal münasibət bəsləyən Serj Sarqsyan istefaya göndərildi, onun yerini isə müxalifət lideri Nikol Paşinyan tutdu.
Ermənistan öz ərazisində 5 min Rusiya hərbçisini yerləşdirib və yalnız Rusiya silahını alır, bunun üçün də Rusiya kreditindən istifadə etməklə Kremlin silah ixracatçısı monopolist statusunu saxlayır.
Stratfor proqnozlaşdırır ki, Vaşinqton məhz bu əlaqəni kəsməyə çalışacaq. Oktyabrda Ağ evin milli məsələlər üzrə müşaviri Con Boltonun İrəvana səfəri ”ilk qaranquş” oldu.
Paşinyanla danışıqlar zamanı Bolton ABŞ-ın Ermənistana silah verməsinə hazır olduğunu bildirb.
Paşinyan isə cavabında: “ölkənin höküməti hər hansı bir məhdudiyyətlə əlaqəli deyil. Və əgər ABŞ-dan yaxşı təklif gələrsə, biz onu müzakirə etməyə hazırıq”-deyib.
Stratfor xüsusi olaraq qeyd edir ki, siyasi münasibətlərdə İrəvanla Moskva arasında artıq gərginlik artır.
Boltonun səfərindən üç həftə sonra ölkə höküməti respublikaya verilən qazın monopolisti “Qazprom”un yerdəki nümayəndəsinə çoxmilyardlı vergi iradı bildirir.
Qapalı səhmdar cəmiyyət olan “Qazprom Armeniya” vergi orqanlarına “ bilərəkdən yalan məlumatlar” verərək gəlirdən vergini və əlavə dəyər vergisini sonadək ödəmədiyi haqqında və gizli şəkildə qazın alınıb-satılması ilə bağlı olduğu barədə respublika dövlət vergiləri komitəsi məlumat yayıb və cinayət işi qaldırılıb.
Rusiya bu istiqamətdə çətin ki, ABŞ-ın qarşısını ala bilsin, amma Rusiyanın sərhədyanı bölgələrdə qeyri-sabitliyi yaratmaq imkanları genişdir” - Stratfor qeyd edib.

XƏBƏR LENTİ