Tramp neftin qiymətini bir zənglə aşağı saldığını deyir:"100 dollara qədər artım ola bilərdi, bu isə...

866 28-11-2018, 10:56 iqtisadiyyat

Tramp neftin qiymətini bir zənglə aşağı saldığını deyir:"100 dollara qədər artım ola bilərdi, bu isə...ABŞ Prezidenti Donald Tramp neftin qiymətinin 82 dollar olduğu zaman Səudiyyə Ərəbistanı rəhbərliyinə zəng etdiyini, bundan sonra qiymətin aşağı düşdüyünü bildirib.

Bu barədə ABŞ Prezidenti “The Washington Post” qəzetinə müsahibəsində deyib.

“Qiymət 82 dollar/barel səviyyəsində idi və hətta 100 dollara qədər artım ola bilərdi. Bu isə vergilərin geniş miqyasda artması demək olacaqdı və bunu istəmirdim. Ona görə də Səudiyyə Ərəbistanı rəhbərliyinə zəng etdim və onlar neft hasilatını artırdılar, indi neftin qiyməti 52 dollar/barel səviyyəsindədir”, – Ağ Ev rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bu zəng səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən çox əvvəl baş verib.

XƏBƏR LENTİ