Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayona əlavə polis qüvvələri cəlb olunub

686 28-11-2018, 13:24 dunya

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı rayona əlavə polis qüvvələri cəlb olunubGürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna əlavə polis qüvvələri cəlb olunub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, rayona canlı qüvvə ilə yanaşı, “Kobra” adlı iki polis maşını da yerləşdirilib.

Gürcüstanın daxili işlər nazirinin müavini Nino Cavaxadze bildirib ki, əlavə polis qüvvələri Marneuli ilə yanaşı, digər bölgələrdə də yerləşdirilib: “Daxili İşlər Nazirliyi seçkilərin təhlükəsiz şəraitdə keçirilməsini təmin edir. Bu məqsədlə gün ərzində polis qüvvələrinin ölkə üzrə yerləşdirilməsi həyata keçiriləcək”.

XƏBƏR LENTİ