AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”

AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra iki ölkə prezidentinin razılaşdırdığı yol xəritəsi əsasında humanitar əməkdaşlıq çərçivəsində Bakıda daha üç Rusiya universitetinin filialı açılacaq.
Bakıda Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu, Ali İqtisadiyyat Məktəbi və Moskva Dövlət Humanitar-İqtisad Universitetinin filialları açılacağı xəbər verilir.

“AzPolitika”nın məlumatına görə, bu barədə “BBC News Azərbaycanca”da yer alan məqalədə xəbər verilib.

Məqalədə daha sonra bildirilir ki, Rusiya universitetlərinin filiallarının Azərbaycanda nə vaxt açılması, onların maddi-texniki bazası və maliyyələşdirilməsinin hansı mənbə hesabına həyata keçiriləcəyi ilə bağlı suallara Təhsil Nazirliyi cavab verməyib: “Hazırda isə Azərbaycanda Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları fəaliyyət göstərir.

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsaitlər barədə məlumatda göstərilir ki, ADA universitetinə rekord miqdarda – 17 milyon 556 min manat vəsait ayrılması nəzərdə tutulub. Azərbaycanda fəaliyyət göstərən iki Rusiya universitetinin filiallarına isə birlikdə 16 milyon 928 min manatdan çox vəsait nəzərdə tutulur”.

Məqalədə verilən cədvəldən belə məlum olur ki, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına 11 milyon 530 700 manat, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialına isə 5 milyon 398 min ayrılıb.

Bundan əlavə Azərbaycan Fransız Universitetinə 6,5 milyon, Azərbaycan İlahiyyat İnstitutuna 2 milyon 22 300 manat, Azərbaycan Dövlət Tibb Universitetinə 1 milyon 263 500, Bakı Dövlət Universitetinə isə cəmi 719 500 manat ayrılıb. Göstərilən məbləğə müəllim maaşlarının əsas hissəsi və dövlət sifarişi ilə təhsil alan tələbələrin ödənişləri daxil deyil.

AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”

Azərbaycanda 2019-cu il üçün dövlət büdcəsinin layihəsində universitetlərə birbaşa ayrılan vəsait
Yazıda həmçinin bildirilir ki, Moskva Dövlət Universitetinin filialı 2009-cu ildə Bakıda açılıb və öz binası və universitet şəhərciyinin şəhərdən kənarda yerləşməsi ilə fərqlənir
AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında dərs
Birinci Moskva Dövlət Tibb Universitetinin filialı isə 2015-ci ilin sentyabrında açılıb və rektoru professor Əziz Əliyevdir.

Niyə rus ali məktəbləri?
Yazıda həmçinin bildirilir ki, Azərbaycanda yalnız bir layihəni – Azərbaycan-Fransız Universitetini saymasaq, heç bir dövlət, özəl Qərb universiteti fəaliyyət göstərmir, amma Rusiya dövlət universitetlərinin filiallarının sayı artır: “Regionda olan Gürcüstan və Ermənistanda isə bir neçə Qərb universitetləri və onların filialları fəaliyyət göstərir”.
AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”
Siyasi şərhçi və Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə hesab edir ki, bu, siyasi, strateji və hərbi məsələdir.

“Əslində bunlar hamısı Qarabağ məsələsinə bağlıdır. Rusiyanın bu məsələdə xeyir-duasını almaq üçün Azərbaycan tərəfi cürbəcür belə addımlar atır. Mən deyə bilmərəm ki, bu addımlar rusları aldada bilər. Rusiya universitet yox, öz ordusunu Azərbaycana qaytarmağın marağındadır”, – Hikmət Hacızadə belə deyib.

Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti belə qərara gəlib ki, cürbəcür belə dostluq əlaqələri, əməkdaşlıq nümunələri olsun və Rusiya başa düşsün ki, “biz onun dostuyuq, Türkiyə tərəfə getməyəcəyik”.

Cənab Hacıyevin fikrincə, Rusiyanın Azərbaycanda məlumat agentlikləri yaratmaq, Sputnik agentliyi açamaq kimi addımları bu qəbildəndir. “Ümumilikdə ordudan başqa Rusiya nə deyirsə onu edirik. Ordunun yerləşdirilməsindən başqa, Rusiyanın humanitar və iqtisadi sferada istədiklərini Azərbaycan edir”, – Hikmət Hacızadə deyir.

“Yaxşı olardı ki, Bakıda New York universitetinin, Bristol universitetinin, Sorosun Mərkəzi Avropa universitetinin filialı açılsın. Amma Sorosun Qarabağ məsələsinə aidiyyatı olmadığı üçün onun universiteti gözləyə bilər”, - Hacızadə bildirib.
AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”
Azərbaycanda dövlət büdcəsindən universitetlərə birbaşa ayrılan vəsait
Qərb universitetləri niyə yoxdur?
Milli Məclisin Təhsil və Elm komissiyasının üzvü Asim Mollazadə hesab edir ki, Rusiya universitetlərinin bir sıra üstünlükləri var, öz təcrübəsinə görə Azərbaycan universitetlərindən üstündür: “Bəlkə də, Rusiyanın bir universitetinin böyük filialın yaratmaq olardı, nəinki onlarla xırda universitetlərin filialları. Əslində Amerika Birləşmiş Ştatları, Avropa universitetləri ilə sıx munasibətlərin, eyni kurikkulum ilə ənənələr əsasında güclənib inkişaf etməsini istəyərdim. Çünki dünyanın Tomson Reuter-in cədvəlinə baxanda 100 universitet siyahısında Rusiya universitetləri yoxdur”.
AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”
Deputat deyib ki, buna baxmayaraq, Rusiya və Azərbaycan universitetlərinin əməkdaşlığını normal hesab edir.

“Mən Azərbaycanda əli təhsil sahəsində islahatlar üçün çox ciddi proqrama ehtiyac olduğunu qeyd etmişdim. Burada beynəlxalq təcrübəyə də ehtiyac var”, - Asim Mollazadə deyib.

Təhsil eksperti, Milli Məclisin Elm və Təhsil məsələləri komissiyasının keçmiş sədri Şahlar Əsgərovun fikrincə, Azərbaycanda fəaliyyət göstərən Rusiyanın iki universitetinin fialialarında təhsil mühiti yüksək səviyyədədir.

“Azərbaycan universitetlərinin bütün kollektivi keçmiş sovet düşüncəsindən bu günə gəlib. Bu günkü düşüncə isə sovet düşüncəsindən çox yaxşı deyil. O vaxtı qanun və normalar var idi. İndi isə normaya əməl edən yoxdur. Bu baxımdan bizim universitetlərdən yeni universitet düzəltmək çətindir. Ondansa hansısa universitetin filialını yaratmaq, normaları müəyyən edib yeni düşüncəli insanları cəlb edib universiteti inkişaf etdirmək olar”, - Şahlar Əsgərov belə deyib.

O xatırladıb ki, bir neçə il öncə Rusiya milli tədqiqat universitetləri yaratmaq qərarını qəbul etdi. Rusiyanın 600-dən çox universitetindən 32-si bu statusu aldı. Bundan sonra onların təminatı Avropanın orta səviyyəli universitetlərinin səviyyəsinə qaldırıldı.
AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”
Rusiya universitetlərini filiallarının Azərbaycan dövləti tərəfindən maliyyələşdirilməsi məsələsinə gəlincə, Şahlar Əsgərov deyir ki, təhsil məsələsi “geosiyasətdir”.

“Rusiyanın burada təhsil müəssisəsi açması onların marağına uyğundur. Bu ölkələrarası razılaşmadan ibarətdir, onlar xərcin bir hissəsini özləri çəkə bilər, yaxud da ölkənin boynuna qoya bilər“, – Şahlar Əsgərov deyib.

Məlumata görə, Azərbaycan Təhsil Nazirliyinə Rusiya Federasiyasının yalnız bir ali təhsil müəssisəsi – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) filialın açılması ilə bağlı rəsmi şəkildə müraciət edib.

“Hazırda MDBMİ və yerli ali təhsil müəssisələri arasında mümkün əməkdaşlıq formaları ilə bağlı müzakirələr gedir”, – rəsmi məlumatda deyilir.

AZƏRBAYCAN TƏHSİLİ RUSİYAYA DOĞRU ÜZ ÇEVİRİR? – “Ordudan başqa Rusiya nə deyirsə onu edirik”

  • 29-11-2018, 13:01
  • 186


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. Nuru Paşanın yavəri...
  5. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  6. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  7. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  8. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  9. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  10. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI