Astarada canavarlar məktəblilərə hücum edib – 7 nəfər yaralanıb (FOTO)

Astarada canavarlar məktəblilərə hücum edib – 7 nəfər yaralanıb (FOTO)Astara rayonunda canavarlar məktəblilərə hücum edib.

“Report”un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Şüvü kəndində baş verib.

Belə ki, bu gün səhər saatlarında məktəbə gedən şagirdvə valideynlər canavarların hücumuna məruz qalıb. Hadisə zamanı 4-ü məktəbli olmaqla 7 nəfər xəsarət alıb.

İlkin məlumatlara görə, 1993-cü il təvəllüdlü Jalə Firudinzadə övladı Rəvan Abdullayevi məktəbə aparakən canavarın hücumuna məruz qalıblar. Bu zaman J.Firudinzadə oğlunu qorumaq üçün canavrın önünə atlayıb və canavar 25 yaşlı qadını dişləyərək yaralayıb. Qadın övladının üstünə uzanaraq onu canavardan qoruyub və canavar onun bədənin müxtəlif nahiyələrinə xəsarətlər yetirib. Qadının hərəkətsiz uzandığını görən canavar digər məktəblilərə hücum edib. Bu zaman məktəbə gedən, 2007-ci il təvəllüdlü Lalə Əşrəfova və 2004-cü il təvəllüdlü Rafiq Baxşıyev, kənd sakini, 1974-cü il təvəllüdlü Malik Ağayev yırtıcıların hücumuna məruz qalıblar.

Analoji hadisə rayonun digər kəndlərində də baş verib.

Belə ki, rayonun Sekaşan kənd sakini, 1993-cü il təvəllüdlü Günəş Şöyüb qızı Şahmuradova və Zingüləş kənd sakini 2009-cu il təvəllüdlü Şənlik Qoşqar oğlu Rəcəbov və 1978-ci il təvəllüdlü Tofiq Qəribxan oğlu Əsgərov canavarın hücumuna məruz qalıb. T.Əsgərov bıçaqla canavarı öldürüb və ağır bədən xəsarətləri alıb.

Astara rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralılar əməliyyat edilib, yaraları tikilib və quduzluq əleyhinə vaksinlər vurulub. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Astarada canavarlar məktəblilərə hücum edib – 7 nəfər yaralanıb (FOTO)
Astarada canavarlar məktəblilərə hücum edib – 7 nəfər yaralanıb (FOTO)

Astarada canavarlar məktəblilərə hücum edib – 7 nəfər yaralanıb (FOTO)

  • 29-11-2018, 12:30
  • 225


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  3. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  4. “Kişi ilə yaşayır, “ərə getmişəm” deyir” - Aktrisa həmkarına söz atdı
  5. Nuru Paşanın yavəri...
  6. Bu gün hava 28 dərəcəyə qədər isinəcək- Nazirlik açıqladı
  7. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  8. VİDADİ ZEYNALOV RESTORAN İŞLƏTMƏYƏ BAŞLADI – “Toyuq-cücə də saxlayıram…” + FOTO
  9. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  10. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI