“Gürcüstanda sabitliyin pozulmasına yol verilməyəcək” – Baş nazir

“Gürcüstanda sabitliyin pozulmasına yol verilməyəcək” – Baş nazir“Prezident seçkilərinin nəticələrini şübhə altına almaqla bağlı bütün cəhdlər iflasa məhkumdur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan baş naziri Mamuka Baxtadze bildirib.

O deyib ki, ölkədə hamının ifadə azadlığı var: “Lakin əgər kimsə qeyri-sabitlik yaratmaq istəsə, belə cəhdlərin hamısına qanun çərçivəsində cavab veriləcək”.

M.Baxtadze seçkilərdə təxminən 2 milyon seçicinin iştirak etdiyini söyləyib: “Bu bir daha sübut edir ki, Gürcüstanın yüksək məsuliyyətli cəmiyyəti var və buna görə də hamı gürcü xalqının seçiminə hörmət etməlidir. Biz üsyan, revanş ssenariləri, iğtişaşlara cəhdlər və ictimai həyatda ziddiyyət yaratmağa yol verməyəcəyik”.

Qeyd edək ki, noyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda Salome Zurabişvili 59,52% səslə dövlət başçısı seçilib. Seçkilərdə məğlub olan müxalif Vahid Milli Hərəkat Partiyasının prezidentliyə namizədi Qriqol Vaşadzenin təmsil olunduğu birləşmiş müxalifət seçkilərin nəticələrini tanımadığını bildirib. Müxalifət dekabrın 2-də növbədənkənar parlament seçkiləri tələbi ilə Tbilisinin mərkəzi Rustaveli prospektində dinc kütləvi aksiya keçirəcək.


“Gürcüstanda sabitliyin pozulmasına yol verilməyəcək” – Baş nazir

  • 30-11-2018, 13:45
  • 163


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI