Kimlərin kredit borcları bağışlanıla bilər? – Məhəmməd Talıblının ŞƏRHİ

Kimlərin kredit borcları bağışlanıla bilər? – Məhəmməd Talıblının ŞƏRHİMəhəmməd Talıblı

(İqtisadçı ekspert)

Gürcüstanın 600 min vətəndaşının kredit borcları (1,5 mlrd. lari) bağışlanılması dekabr ayında gerçəkləşəcək. Azərbaycanda bütün kreditlərin bağışlanılması real olmasa da, amma bəzi sosial qrupların kredit borcları bağışlanıla bilər. Məndən bir iqtisadçı olaraq hansı sosial qrupların kredit öhdəliklərinin bağışlanılmasnın vacibliyi soruşularsa, heç şübhəsiz aşağıdakıları daha vacib hesab edərəm:

• Problemli kredit qrupuna daxil olunanlar. Azərbaycanda təxminən 1,7 milyon nəfərin problemli kreditlər qrupuna aid olunduğunu nəzərə alsaq, bağışlanılma aktının əhatə dairəsinə bunların salınması;

• Daha həssas sosial qruplar kimi bunları əsas götürmək olar: işsiz vətəndaşlar, müəllimlər və həkimlər;

• Dollarla kredit götürənlər, məsələn, heç olmasa 10 min dollara qədər kredit borcu olanlar;

• Təhsil krediti götürənlər;

MALİYYƏ MƏNBƏYİ KİMİ. Mən təklif edərəm ki, neftin büdcədə götürüldüyü əsas qiymət həddindən yüksək satış qalığı kredit borclarının bağışlanılması üçün start vəsait kimi istifadə olunsun. Bu zaman dövlət mövcud olan rezervlərindən istifadə olunmadan belə bir sosial layihəni reallaşdırmış olur. Bunu 2 aspektdən qiymətləndirmək mümkündür:
(ı) dövlət qazanmalı olduğu neft gəlirdən vətəndaşların xeyrinə imtina edir,
(ıı) resursla zəngin ölkələrin təcrübəsindən istifadə edərək vətəndaşların neft gəlirlərindən birbaşa faydalanmaq fürsətini tanıtmış olur.

Kimlərin kredit borcları bağışlanıla bilər? – Məhəmməd Talıblının ŞƏRHİ

  • 1-12-2018, 23:16
  • 72


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI