Çavuş Kazımov ölkənin müharibə şəraitində olduğunu bilmirmi?

891 3-12-2018, 10:48 gundem

Çavuş Kazımov ölkənin müharibə şəraitində olduğunu bilmirmi?
Dövlət sirri haqqında Azərbaycan Respublikası Qanunun I maddənin 1.0.1-ci bəndində deyilir: Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əkskəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.
Bəzən elə insanlar olur ki, onların xarakteri Azərbaycan Respublikası Qanunun məhz bu bəndinə qətiyyən uyğun gəlmir. Ötən gün İmişlidəki mənbədən redaksiyaya daxil olan məlumatda bildirilir ki, Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissənin çavuşu, əslən bu rayondan olan Kazımov Əzizağa Cabir oğlu yuxarıda qeyd edilən kriteriyaları qətiyyən nəzərə almadan, qulluq etdiyi hərbi hissənin daxilində baş verənləri ictimai iaşə obyektlərində çəkinmədən, uca səslə danışır. Hətta sıravi vətəndaşların belə Ə.Kazımova iradları onun bu tip hərəkətlərə son verməsinə səbəb olmur. Mənbənin verdiyi məlumata görə çavuş hərbi hissə rəhbərliyi tərəfindən müxtəlif səbəblərə görə dəfələrələ bu və ya digər formada cəzalandırılsada, qanuna zidd əməllərinə son vermir. Oxucuların nəzərinə onu da çatdıraq ki, Dövlət Sirri haqqında Azərbaycan Respublikası Qanunun 30-cu maddəsndə, “Dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulmasına görə məsuliyyət və mübahisələrə baxılma qaydası”nda, 30.1-ci bənddə deyilir: Dövlət sirri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozan vəzifəli şəxslər və vətəndaşlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyırlar.
Müharibə şəraitində olan bir ölkədə qanunlar çərçivəsində hərbi öhdəliyi olan bir şəxsin bu qədər arxayın formada sirr hesab oluna biləcək halları ictimai iaşə obyektlərində məsuliyyət hiss etmədən danışması düşündürücüdür.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.
Xeberdar.net

XƏBƏR LENTİ