Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya qalxandan sonra radarlardan itib

695 4-12-2018, 15:02 dunya

Ermənistanın “Su-25” hərbi təyyarəsi havaya qalxandan sonra radarlardan itibErmənistan ordusunun Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” hücum təyyarəsi Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Su-25” döyüş təyyarəsi plana uyğun olaraq təlim uçuşu keçirirmiş. Gümrüdəki hava limanından uçan təyyarə havaya qalxandan sonra onunla əlaqə kəsilib.
Hazırda təyyarənin axtarışları aparılır.

XƏBƏR LENTİ