“MƏMURUN ANA DİLİNİ BİLMƏMƏSİ ONUN QƏBAHƏTİDİR” – Əli Həsənov


“MƏMURUN ANA DİLİNİ BİLMƏMƏSİ ONUN QƏBAHƏTİDİR” – Əli Həsənov“Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hər bir məmur milli dili bilməlidirir: “Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir”.

PA rəsmisi əlavə edib ki, Azərbaycanda dövlət dilini qorunmaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür: “Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır”.

“MƏMURUN ANA DİLİNİ BİLMƏMƏSİ ONUN QƏBAHƏTİDİR” – Əli Həsənov

  • 5-12-2018, 12:15
  • 34


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI