“Unutmaq lazım deyil ki, Azərbaycan dili dövlətin əsas atributlarından biridir”

“Unutmaq lazım deyil ki, Azərbaycan dili dövlətin əsas atributlarından biridir”“Hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu gün o qayğını göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanda teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair konfransda deyib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dili əsas dövlət atributlarından biridir: “Yəni, dil haqqında danışanda ilk növbədə unutmaq lazım deyil ki, bu dil dövlətin əsas atributlarından biridir, qanunla qorunur, dövlətin hüquqi, siyasi statusunu daşıyır. Bundan başqa, ana dilimiz azərbaycançılıq idealogiyasının da mühüm elementir, onun siyasi və sosial-mədəni dayağıdır”.

O qeyd edib ki, dünyada yaşayan azərbaycanlıları bir-birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir: “Dövlət dili respublikada bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizm vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan yaradır. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.


Xeberdar.net

“Unutmaq lazım deyil ki, Azərbaycan dili dövlətin əsas atributlarından biridir”

  • 5-12-2018, 13:57
  • 27


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  7. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI