ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldı

ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldıParlament seçkilərində bir neçə dəfə üz-üzə gəlmiş əzəli rəqiblər – deputat Adil Əliyevlə hüquqşünas Aslan İsmayılov arasında yeni söz atışması alovlanıb.

“AzPolitika.info”nun məlumatına görə, bu dəfə A.İsmayılovun A.Əliyevi məktəb direktorunu döyən aktyor Rza Rzayevi müdafiə etməkdə ittiham etməsi ilə “atəşkəs” pozulub. Tərəflərin qarşılıqlı ittihamları hətta açıq təhqir həddinə çatıb. A.İsmayılov sonuncu “Feysbuk” statusunda keçmiş rəqibini “saxta deputat” adlandırıb və onu nalayiq ifadə ilə təhqir edib.

“Bu gün saxta deputat olmasını qanuni şəkildə sübuta yetirdiyim Adil Əliyev haqqımda təhqir yağdırıb və mənə, Aslan İsmayılova hədə-qorxu gəlib. Təsəvvür edirsiz belələri sıravi vətəndaşların başına hansı oyunları açırlar?! Həqiqətən belələri ilə çətindir, çünki heç nəyi boyunlarına qoymaq olmur. Avropa İnsan Haqları Məhkəməsinin qərarı ilə saxta yolla deputat seçilməsi təsdiq olunan birisi hələ də mənə qalib gəldiyini iddia edir, məktəb direktorunu döymüş məsləkdaşından az qala imtina edir, məni özünə layiq məhkəmələrlə qorxudur”, – yazan A.İsmayılov, daha sonra qarşı tərəfə Hüseyn Abdullayevin aqibətini xatırladıb.

Deputatın cavabı da gecikməyib. O, cavab yazısında yazıb ki, ən böyük nemətlərimiz olan sabitliyi pozmaq istəyən qüvvələr var. Ancaq ölkəmizi qarışdırmaq istəyən qüvvələr nəticə əldə edə bilmirlər və bilməyəcəklər: “Biri var, bilmirsən onu nə adlandırasan, özünə vəkil deyir, ancaq nəyə və kimə vəkillik etdiyi anlaşılmır. Aslan İsmayılov uzun fasilədən sonra yenə mənim ünvanıma böhtan atıb. Ümumiyyətlə, bir azdan bu şəxsin böhtan atmadığı, şərləməyə çalışmadığı həmvətənimiz qalmayacaq. 1 saatlıq açıqlamada ən azı 30-40 nəfərin adını çəkib və hamısının ünvanına ağlına gələni danışıb. Yəni bu açıqlamada onun böhtanları ilə bağlı ən azı 3-4 məhkəmə işi açmaq olar. Bu adam hüquq təhsilini necə alıb, məhkəmədə necə vəkillik edib, adam məəttəl qalır. Hüququn “a” hərfi ondan başlayır ki, sübutun, faktın yoxdursa başqasına qarşı ittiham irəli sürməzlər, əks halda səni böhtançı, yalançı, şərçi adlandırırlar. Ona görə elə adı üstündədir.

Məsələn açıqlamasında deyir ki, guya məktəb direktoru ilə idmançı arasındakı qovğada mən ikincini dəstəkləyirəm və həmin idmançı guya mənim təlimatımla hərəkət edir. Yəni bu “hüquqşünasın” məntiqi belədir ki, ölkədə bütün idmançılara və onların cəmiyyətdə özlərini necə aparmalarına mən cavabdehəm.

ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldı
Birincisi, bəli həmin idmançını tanıyıram, görüşəndə salamlaşırıq, birgə şəkillərimiz də var. Mən millət vəkiliyəm, minlərlə insanla şəkil çəkdirib, salamlaşıram. Ancaq bu salamlaşma mənim həmin adamların nə etdiklərinə və nə edəcəklərinə məsuliyyət daşıma anlamına gəlmir. Bunu hüquq biliyi olmayan azyaşlı uşaq da anlayar, bircə üzdəniraq məlum hüquqşünasdan başqa. Məktəb direktoru ilə idmançı arasındakı olay barədə mətbuatdan oxumuşam, kimin haqlı, kimin haqsız olduğun da bilmirəm. İkincisi, ay “hüquqşünas” parlament seçkisi arxada qalıb, sən mənə 3 dəfə məğlub olmusan, bunu bizim dairədə və ölkədə bilməyən yoxdur, Sən isə məktəb direktoru ilə idmançı arasındakı qovğanı da gətirib ikimizin arasındakı seçki yarışına dürtürsən. Çünki sənin təbiətin belədir. İnsanları şərləməyin azmış kimi bölücülüklə məşğul olmağa başlamısan. Həmin videomüraciətində insanlara əməllərinə görə deyil, hansı regiona bağlı olduqlarına görə qiymət verirsən. Bu da hüququn və insanlığın ən aşağı nöqtəsidir. Biz azərbaycanlıyıq və hər kəs əməlinə, dediyi sözə görə cavab verir və verməlidir. Həmin idmançı və ya məktəb direktoru da həmçinin”.

Deputat daha sonra yazır ki, A.İsmayılova baş qoşmaq istəmir, amma onun ittihamlarını cavabsız da qoymayacaq: “Bilirəm ki, tanınmış insanları şərləməkdə, böhtan atmaqda məqsədin var, istəyirsən cavab reaksiyası alasan və bununla polemikanı genişləndirməklə gündəmdəki “ağırlığını” qoruyasan. Əslində sənə baş qoşmaq istəmirəm, daha vacib işlərim var, ancaq mənə aid böhtanlarını da cavabsız qoymaq fikrində deyiləm. Səhv etmirəmsə kiməsə böhtan atdığına görə bu yaxınlarda məhkəmə səni islah işlərinə məhkum edib, ancaq səni heç nə islah edə bilmir, bu dövlət, bu millət səndən nə xeyir görən deyil, bir cəzadan qurtulmadan, bir başqasına iddia edirsən. Görünür sənin həyat kredon budur”.

V.Nəsibov
AzPolitika.info

ƏZƏLİ RƏQİBLƏRİN YENİ TOQQUŞMASI – Aslan İsmayılov deputatı təhqir etdi, cavabını aldı

  • 5-12-2018, 15:01
  • 41


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI