Qısqanclıq Sumqayıtda gənc qadının xüsusi amansızlıqla qətlə yetirilməsinə səbəb olub

840 5-12-2018, 15:24 kriminal

Qısqanclıq Sumqayıtda gənc qadının xüsusi amansızlıqla qətlə yetirilməsinə səbəb olub  Bu barədə Sputnik Azərbaycan-a Sumqayıt Şəhər Polis İdarəsindən məlumat verilib.

Cinayət bu gün səhər saatlarında Sumqayıtın on birinci mikrorayonunun ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisə yerinə gedən polislər qadının nə dərəcədə amansızlıqla öldürüldüyünü görüb şoka düşüblər.

Patoloqoanatomlar gənc qadının bədənində 40-a yaxın bıçaq yarası sayıblar. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb. İstintaqın ilkin versiyasına görə, kişi həyat yoldaşını qısqanclıq zəminində, ailəsinin "şərəf və ləyaqətini qorumaq" məqsədilə öldürüb.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adamöldürmə) ilə cinayət işi açılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ