Özəl sektorda işləyənlərin NƏZƏRİNƏ! - Vergidən yayınmalara SON

Özəl sektorda işləyənlərin NƏZƏRİNƏ! - Vergidən yayınmalara SON2019-cu ildə həyata keçiriləcək vergi islahatarının başlıca istiqamətlərindən biri də qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşlara şamil olunacaq.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən aylıq əməkhaqqı 8000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100 faizlik güzəşt verilib, 8000-dən yuxarı olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14 faiz həcmində müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir.
İqtisadçı İlham Əzizov Vergi Məcəlləsində edilən dəyişikliklə bağlı Metbuat.az-a açıqlama verib. Bildirib ki, edilmiş dəyişiklik büdcəyə zərərlidir:

“Yəni, büdcənin yığımları ilkin baxışda azalır. Əvvəlki dövrün gəlirləriylə son dəyişiklərdən sonrakı gəlirlər arasında fərq var. Bu, büdcənin ziyanına olan fərqdir. Bu dəyişiklik real olaraq işləyən əhalinin sayını dəqiqləşdirmək, gələcəkdə həmin işçilərin Sosial Müdafiə Fondundan pensiya təminatını yaxşılaşdırmaq üçün atılan çox vacib addımdır. Artıq işçilərin qeydiyyata düşməsi üçün maraq olacaq. Bu baxımdan, sözügedən dəyişiklik gələcək planda işçilərin xeyrinədir. Hazırki planda isə büdcənin ziyanınadır, amma bu da bir müddət olacaq”.

Hüquqşünas Heyrat Qarayev qeyd edib ki, Vergi Məcəlləsindəki son dəyişiklik doğru addımdır:

“Tutulan vergilər həmişə vətəndaşın xeyrinə olan məsələdir. Vəsait tutulubsa, ondan təqaüd, müavinət verilir. Yəni, vergi əsassız olaraq tutulmur. Burada vətəndaşın marağı böyük olduğu üçün verginin məbləği artırılır, yaxud güzəştlər olunur. Təəssüf ki, əksər vətəndaşlar bunu dövlətin məqsədli şəkildə etdiyini hesab edir. Əsla elə deyil.

Bilirik ki, Məcəllədə dəyişiklik olanda həmin dəyişikliklə bağlı qurumlar öncədən çalışır. Hər bir sahənin mütəxəssisi olduğu kimi Vergi Məcəlləsində olan dəyişikliyin bir neçə qurum tərəfindən öncədən müzakirəsi aparılır. Müvafiq hesab olunursa, Məcəllədə olan dəyişikliklə bağlı müəyyən addımlar aparılır. Hüquqşünas olaraq hesab edirəm ki, vergi məcəlləsində son dəyişiklik labüd və məqsədəmüvafiqdir. Bəzi sahələrdə malışan işbazlar öz niyətlərinə çatmaq üçün müəyyən dolayı yollarla adımlar atır, vergidən yayınır. Qanunun tələbidirsə, hamı buna əməl etməlidir”.

Xeberdar.net

Özəl sektorda işləyənlərin NƏZƏRİNƏ! - Vergidən yayınmalara SON

  • 6-12-2018, 10:53
  • 63


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. 21 Azər Hərəkatı haqda nə qədər bilirik? - Rüfət Muradlı
  2. Faiq Ələkbərli dekabrın 20 də Türkiyənin Burdur şəhərində Mehmet Akif Ersoy universitetində "Türk dünyasının yeni məsələləri və həll yolları" mövzusunda konfrans keçirəcək
  3. İqbal Ağazadə: “Azərbaycanın idarəçiliyində partiyamızdan da, komandamızdan da, şəxsimdən də qat-qat zəifdirlər”
  4. Bakıda fahişəxanalar işlədən məşhur Haşımova tutuldu
  5. Bu gündən siqaretə qarşı "Səlib yürüşü" qanunu qüvvəyə mindi - XƏBƏRDARLIQ...
  6. Özəldəki həkimlərin fantastik qazancı - Günə 3-5 min manat...
  7. Damla, Şəbnəm Tovuzlu və digər məşhurların borcu üzə çıxdı - FOTOFAKTLAR
  8. Heyyy, Arabaçı!!! Yolun açıq olsun, uzaq yolun yolçusu!!!
  9. Xətai rayonunda büdcə talanı - Razim Məmmədovu ağır hesabat gözləyir....
  10. Sabahın hava proqnozu açıqlandı
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI