Sərhədin cəmi 18 kilometrliyində yüzlərlə rus tankı, minlərlə hərbi maşın… – FOTO

723 9-12-2018, 11:26 dunya

Sərhədin cəmi 18 kilometrliyində yüzlərlə rus tankı, minlərlə hərbi maşın… – FOTONoyabrın sonunda “Google Earth” servisinin çəkdiyi peyk fotoşəkillərində Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərinin yaxınlığını əks etdirən görüntülərdə “Ukrayna ilə sərhəddə yüzlərlə rus tankı” qeydə alınıb.

Virtualaz.org “Defence Blog”a istinadən xəbər verir ki, hərbi texnika Rusiya-Ukrayna sərhədinin cəmi 18 kilometrliyində yerləşdirilib. Böyük əksəriyyəti T-64 və T-62M olan yüzlərlə tankdan əlavə, şəkillərdə bir neçə min ədəd hərbi yük maşınını da sezmək mümkündür.

Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin desant-hücum bölmələri Rusiya ilə sərhədə atılacaqlar.

Xatırladaq ki, ötən ayın sonlarında Poroşenko imzaladığı fərmanla Ukraynanın bir sıra vilayətlərində – ilk növbədə Rusiya və Dnestryanı ilə sərhəd bölgələrində, eyni zamanda Azov-Kerç hövzəsində hərbi vəziyyət tətbiq edib.

Xeberdar.net

XƏBƏR LENTİ