Ümid Partiyası “21 Azər” Hərəkatının 73-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi

856 11-12-2018, 17:02 siyaset / gundem

Ümid Partiyası “21 Azər” Hərəkatının 73-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdiÜmid Partiyası “21 Azər” Hərəkatının 73-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik edib. Xeberdar.net-ə daxil olan təbrikdə deyilir:
"73 il öncə 21 Azər tarixində (dekabrın 12-də) vətənimizin Güneyində AZƏRBAYCAN dövlətçiliyi adına önəmli bir olay yaşandı. Mənəvi paytaxtımız Təbrizdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Milli Hökumətinin qurulması millətimiz adına böyük nailiyyət idi. 1918-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə Şərqdə ilk cumhuriyyət - Azərbaycan Demokratik Cumhuriyyətinin qurulmasından sonra Güney Azərbaycanda da millətimizin öz dövlətini qurması şanlı tariximizin parlaq səhifəsi idi. Bir il ərzində Feridun İbrahimilər, Səlamulla Cavidlər, Cəfər Kaviyanlar, Məhəmməd Biriyalar, Qulam Yahyaları ilə gerçək bir xalq hökumətinə çevrilmiş Azərbaycan Milli Hökuməti bu gün təkcə Azərbaycan türkləri deyil, məntəqə xalqları tərəfindən də sayğı ilə anılır. Təsadüfi deyil ki, bu gün o şərəfli tarixdən bizi 73 illik bir zaman ayırır. 73 il insanların o dönəmin nisgilini yaşadığı bir tarix.

Ümid Partiyası olaraq, bu tarixi gün münasibətilə güneyli, quzeyli bütün soydaşlarımızı təbrik edir, bu qutsal yolda şəhid olanları rəhmətlə anır və mübarizə aparanlara da uğurlar diləyirik!"

XƏBƏR LENTİ