Su və işıq pulu yığımı “oyunu” Dələduzluğun yeni forması

582 13-12-2018, 12:05 cemiyyet

Su və işıq pulu yığımı “oyunu” Dələduzluğun yeni formasıTeref.az-ın elektron poçtuna daxil olan şikayət məktubunu oxuculara təqdim edirik. Şikayətçi yazır:
Respublikamızda korrupsiyaya və rüşvətxorluğa qarşı mübarızə gücləndikcə rüşvətxor məmurların sayı getdikcə azalı. Bu çirkinliyə vərdiş edənlər isə layiqli cəzalarını alrlar. Nağd əməliyyatların qarşısının alınması bu sahədəki nöqsanların sayını getdukcə azaldır. Lakin hələ də rüşvətxorluqdan, başqasının pulunu mənimsəməkdən, dövlət vəsaitini qamarlamaqan əl çəkməyənlərə rast gəlinir. Belələri oz köhnə vərdişlrindən hələ də əl çəkə bilmirlər.
Təəssüf edirik ki, belə özbaşınalıq və dələduzluq halları “Azərişıq” və “Azərsu” Açıq Səhimdar Cəmiyyətlərində hələ də davam edir. Bakının bəzi yerlərində su və enerji sərfiyyatının pulu hələ də nağd şəkildə yığılı. Yığılan vəsaitə görə qəbz verilmir. Həmin pulların hara sərf olunması aydın məsələdir. Belə hallardan biri də Bakınln Xətai rayonunda yerləşən Gəncə prospektindəki 29/31 nömrəli hündür mərtəbəli yaşayış binasındadır. Binanın sakinləri deyirlər ki, artıq 3 ildir ki, onlardan işıq və su pulunu nağd şəkildə yığırlar və bunun əvəzində qəbz verilmir. Qəbz tələb etdikdə isə pulu yığan Ayxan və Elçin adlı şəxslər bildirirlər ki, bu tapşırığı “Azərişıq” və “Azərsu” rəhbərliyindən veriblər . Şikayətçi teref. az- a yazır ki, onların deməsinə görə sakinlərdən yığılan su və işıq pulu son qəpiyinə qədər “Azərişıq” və “Azəsu” ASC-yə verilir. Ancaq ümumu məbləğ barəsində də qəbz yoxdur. Sakinlər onlara məxsus sayğacların harada quraşdırıldığını da bilmirlər.
İstər su, istərsə də elektrik ayğacına baxmaq istyəyən sakinlər hədə-qoxu ilə üzləşirlər. Binanın sakinlərini narahat edən məsələlərdən biri də işıq və su pulunun onlardan qeyri-əhali kimi yığılmasıdır. Sakinlər bildirlər ki, bu bina 12 mərtəbəli yaşayış kompleksidir və onlar da mənzilləri sənədlə alıblar. Bəs onda nəyə görə enerji və su sərfiyyatı qeyri- əhali kimi yığılır?
Narahatçılığa əsas səbəb odur ki, 3 ildir yığılan işıq və su puluna görə qəbz verilmir. Hər ay sakinlərdən 70-80- 100, bəzi hallarda isə 150 manat işıq və su pulu yığılır. Bu pulların hansı göstəriciyə əsasən hesablandığı və yığılan pulların hansı hesaba köçürüldüyün bilən yoxdu. Deyəsən, “Azərişıq” və “Azərsu” pul yığımında təzə “ üsul” tapıblar. Görünür bu da dələduzluğun və ya vergidən yayınmanın yeni formasıdır.
Mehdi Məmmədov
İstənilən vaxt göstərilən ünvana gəlib faktı yerində yoxlaya bilərsiniz.
Adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!

XƏBƏR LENTİ